Accessibility links

“AGBank” “Bank Standard”la birləşir


bank Standart
bank Standart

“AGBank” “Bank Standard”la konsolidasiya barədə niyyət protokolunun imzalandığını elan edib. Bu, “AGBank”ın ölkənin maliyyə bazarında özünü saxlamaq üçün ikinci cəhdidir.

Əldə olunmuş razılaşmaya əsasən iki bankın nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılır. Qrup “AGBank”ASC-nin “Bank Standard” QSC ilə birləşmə şərtlərini və prinsiplərini işləyib hazırlayacaq.

Qeyd edək ki, bundan öncə belə ilkin razılaşma bu ilin yanvarında “AGBank”ASC ilə “Demirbank” ASC arasında əldə edilmişdi. Lakin birləşmə baş tutmadı. Belə ki, tərəflər əsas məsələlərlə bağlı razılığa gələ bilməyiblər.

“Bank Standard” QSC 1995-ci ildə yaradılıb və “AB Standard” QSC-nin mülkiyyətidir ki, bu da Azərbaycan hökumətinin keçmiş üzvü Heydər Babayevə məxsusdur. 2014-cü il yanvarın 1-i üçün bankın aktivləri 994 mln. manat təşkil edib.

“AGBank” ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası 17,5%,“Kazimir Partners” şirkəti, həmçinin 60-da çox fiziki şəxsdir. 2015-ci il yanvarın 1-i üçün bankın aktivləri 490 mln. manat təşkil edib

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG