Accessibility links

Bariatrik cərrahiyyə əməliyyatı ilə diabet xəstəliyini aradan qaldırmaq mümkündür


Klivlend Klinikasının son araşdırmalarına görə, bariatrik cərrahiyyə əməliyyatı, piylənmənin qarşısını almaqla 2-ci növ diabet xəstəliyini 90 faiz aradan qaldırmaq mümkündür. Bu,xəstələrin qanında şəkəri normal səviyyə salır, insulin və digər dərman preparatlarına ehtyac qoymur.

Doktor Filip Şauer tədqiqata rəhbərlik edib. "Bu xəstəliyə nəzarət edilməsə o, korluğa, böyrəklərin fuksiyasını itirməsinə, ayaqların amputasiyası, infarkt və iflic kimi ciddi ağırlaşmalar verə bilər."

Qanda şəkərin yüksəkliyi diabetin göstəricisidir. Bir neçə il əvvəl dr. Şauer araşdırmaların ilkin nəticələrini açıqlamışdı. O, mədənin kiçildilməsi ilə 2-ci növ diabetin sağaldılmasının mümkünlüyünü bildirmişdi. Son nəticələr də eynidir. “Bu çox mühümdür. Çünki bu bizə əməliyyatdan 3 il sonra şəkərin aşağı səviyyədə qaldığını sübut etdi. Bu, qısamüddətli bir effect deyil. "

Bariatrik əməliyyat mədənin kiçildilməsi ilə bağlı müxtəlif növ əməliyyatlara deyilir.

Cərrahlar mədənin yuxarı hissəsidə qoz böyüklüyündə bir kisə düzəldir. Qida mədədən yan keçərək birbaşa nazik bağırsağa çatır.

Bir sözlə xəstələr həyat tərzlərini dəyişməli və pəhriz saxlamalı olurlar. Əməliyyat ucuz deyil. Lakin əməliyyat həm xəstəliyi, həm də ağırlaşmaları aradan qaldırır.
"Bu baxımdan əməliyyatı sərfəli, etibarlı olduğu üçün iqtisadi cəhətdən sərfəli hesab edirəm."

Dr. Şauer əməliyyat edilən xəstələrin şəkərlərinin normalladığını deyir. Bu isə xəstəliyə nəzarəti yüngülləşdirir.

Dr. Şauerin dediyinə görə, köklərin və diabet xəstələrinin sayının kəskin şəkildə artması ilə bariatrik cərrahiyyə əməliyyatı adi hal alacaq.
XS
SM
MD
LG