Accessibility links

HRW: Azərbaycan Avropa Oyunlarına 100 gün qalmış ictimai fəalları və jurnalistləri azad etməlidir


HRW həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərin həbsinin xronologiyasını fotoslayd şəklində paylaşıb

Azərbaycan hökuməti Avropa Oyunlarının başlanmasına 100 gün qalmış ictimai fəalları və jurnalistləri həbsdən azad etməlidir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.

“Hökumətin jurnalistlərə, hüquq müdafiəçiləri və fəallara hücumları mətbuat azadlığının və insan ləyaqəti haqqında Olimpiya Xartiyasının ruhuna və prinsiplərinə çağırışdır” , HRW Avropa və Mərkəzi Asiya üzrə direktoru Jeyn Byukenen bildirib.

Bəyanatda deyilir ki, avropalı liderləri Bakını xəbərdar etməlidirlər ki, həbs olunanlar azad edilməyənə qədər onlar açılış mərasımınə yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcəklər.

HRW həmçinin son zamanlar həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərin həbslərinin xronologiyasını fotoslayd şəklində paylaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG