Accessibility links

Britaniya Suriya üzərində kəşfiyyat uçuşları həyata keçirəcək


Britaniya Suriya üzərində İslam Dövləti militantları haqda kəşfiyyat məlumatlarının toplanması məqsədilə hərbi kəşfiyyat uçuşları həyata keçirəcəyini bildirib.

Britaniyanın Müdafiə naziri Maykl Fallon ölkəsinin ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı mübarizədə rolunu artırdığını bildirib. O deyib ki, kəşfiyyat uçuşları Reaper tipli pilotsuz idarə edilən təyyarələr və Rivet Joint tipli kəşfiyyat təyyarələri vasitəsilə həyata keçiriləcək və silahlardan istifadə edilməyəcək.

Britaniya Kral Hərbi hava Qüvvələri İraqda İslam Dövləti qrupuna qarşı 40-dən çox hərbi missiya həyata keçirsə də, Birləşmiş Ştatlar və bir sıra ərəb ölkələrindən fərqli olaraq Suriyada hərbi hava hücumlarında iştirak etməyib. Britaniya parlamenti Suriyada hərbi əməliyyatların genişləndirilməsi haqda qərarı təsdiq etməlidir.

XS
SM
MD
LG