Accessibility links

Vaşinqtonda Forum - “Azərbaycan demokratiya sorağında: Cəmil Həsənli ilə söhbət” [Video]


Cəmil Həsənli
Cəmil Həsənli
Azərbaycanlı-Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının təşəbbüsü ilə Vaşinqtonda “Azərbaycan demokratiya sorağında: Cəmil Həsənli ilə söhbət” başlıqlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Cəmil Həsənli Azərbaycanda keçirilmiş prezident seçkiləri haqda qənaətlərini bölüşdü. Seçkiləri Azərbaycan xalqının imicinə zərbə kimi qiymətləndirən müxalifət lideri Washington Post qəzetində çıxan məqaləyə istinad edərək 9 oktyabr seçkilərinin ilin ən rüsvayçı hadisələrindən biri kimi siyahıya düşdüyünü qeyd etdi.
Sizin üçnü bunlar gözlənilməz ola bilər. Amma biz bilirdik ki, saxtakarlıq Azərbaycan hakimiyyətinin mahiyyətidir.

“Sizin üçün bunlar gözlənilməz ola bilər. Amma biz bilirdik ki, saxtakarlıq Azərbaycan hakimiyyətinin mahiyyətidir,” deyə Cəmil Həsənli tədbir iştirakçılarına bildirib. Onun sözlərinə görə seçki Azərbaycan hakimiyyəti üçün “sadəcə bir görüntü” xarakteri daşıyır və bu yolla hakimiyyət əslində mənimsənilir. “9 oktyabrda Azərbaycan xalqına qarşı cinayət törədildi,” deyə Milli Şuranın namizədi əlavə etdi.

Azərbaycandakı siyasi dirumu təhlil edən siyasi xadim ölkədə son 10 ildə avtoritarizmin xeyli gücləndiyini qeyd etdi.

“Neft gəlirləri artıdqca Azərbaycan hakimiyyəti avtoritarlaşdı. Korrupsiya Azərbaycanın iqtisadi və siyasi həyatının bütün sahələrinə təsir göstərməyə başladı. Bu gün Azərbaycanda korrupsiyadan kənar həyat yoxdur. Korrupsiya və neft gəlirləri şəxsən İlham Əliyevi və onun hakimiyyətini zənginləşdirib. Əhalinin geniş kütlələri isə yoxsullaşır.”

Cəmil Həsənli bildirdi ki ki, yoxsulluq ucbatından Azərbaycan vətəndaşlarının nəhəng hissəsi xaricə üz tutub və faktiki olaraq seçicilərin böyük bir kəsimi ölkədə yoxdur. Onun qənaətinə görə seçkilərdə əhalinin yalnız 20 faizi iştirak edirdi və onların 60 faizdən çoxu Milli Şuranın namizədinə səs verdi.

Milli Şuranın qarşısında duran vəzifə hakimiyyəti formalaşdırmaq hüququnu xalqın özünə qaytarmaqdır.
Seçki saxtakarlıqlarının daha aşkar forma aldığını qeyd edən Cəmil Həsənli tədricən Azərbaycan seçicisinin öz hakimiyyətini formalaşdırmaq hüuqundan uzaqlaşdırıldığını bəyan etdi. “Belə bir şəraitdə həm Milli Şuranın, həm də demokratik qüvvələrin qarşısında duran vəzifə hakimiyyəti formalaşdırmaq hüququnu xalqın özünə qaytarmaqdır.”

Cəmil Həsənli öz çıxışında səsverməyə müsbət rəy vermiş bir sıra Avropa müşahidəçilərini sərt tənqid etdi. “Azərbaycan Avropa Şurasına daxil olanda biz ümid edirdik ki, Azərbaycan Avropanın qaydalarına uyğunlaşacaq. Amma Azərbaycan Avropa Şurasını öz qaydalarına uyğunlaşdırdı.” O, demokratik yolla seçilmiş bəzi Avropa parlamentarlarının Azərbaycanda “rüsvayçı seçkilərə” müsbət rəy verməsini qəbuledilməz adlandırdı.

Azərbaycan doğurdan da zəngin ölkədir amma bu zənginliyin Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur.
Daha sonra Cəmil Həsənli diqqəti Azərbaycanda vüsət alan korrupsiya hallarına yönəltdi. Bu qismdə o, prezident İlham Əliyevin ailəsinə məxsus vəsaitlər haqda beynəlxalq mətbuatda dolaşan araşdırmaçı yazıları qeyd etdi.

Milli Şuranın namizədi habelə diqqəti Azərbaycanda mövcud olan siyasi məhbuslara çəkdi. Bu xüsusda o, N!DA gənclər hərəkatının nümayəndələrini, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov və dini inanclarına görə həbs olunanları qeyd etdi. “Onların sayı 140-dan çoxdur. Onların hamısı istisnasız olaraq saxta ittihamlarla tutulub,” deyə Cəmil Həsənli hətta totalitar Sovet hökumətinin də dissidentlərin ciblərinə narkotika atıb tutdurmağı özünə sığışdırmadığını bildirdi.

ABŞ-ın Azərbaycan siyasəti haqda danışan Cəmil Həsənli son 10 ildə demokratiyanın təhlükəsizlik və enerji maraqları ilə müqayisədə arxa plana keçdiyini vurğuladı. Onun sözlərinə görə bu müddət ərzində Azərbaycan hökumətinin davranışında xeyli dəyişiklik baş verib. “Məsələn, 10 il bundan öncə heç vaxt Azərbaycan hakimiyyəti ABŞ səfiri ilə belə hərəkət edə bilməzdi. 10 il öncə heç vaxt Azərbaycan hakimiyyəti Tomas Melianı Bakıya buraxmaqdan imtina edə bilməzdi,” deyə Cəmil Həsənli Vaşinqtonu Azərbaycan hakimiyyəti ilə yumşaq davranmaqda ittiham etdi.

Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli artıq bir neçə gündür ki, Vaşinqtondadır. Səfər əsnasında cənab Həsənli ABŞ Konqresinin, Dövlət Departamentinin və bir sıra siyasi-ictimai təşkilatların nümayəndələri ilə görüşüb. Bu görüşlərdə Cəmil Həsənli Azərbaycanda seçkidən sonrakı siyasi mühiti və Azərbaycan müxalifətini üzləşdiyi təzyiqləri müzakirə edib.

2013-cü il, 9 oktyabr seçkilərində Milli Şuranın namizədi kimi iştirak etmiş Cəmil Həsənli rəsmi nəticələrə görə qalib İlham Əliyevdən sonra ən çox səs toplayan namizəd olub. Cəmil Həsənli ATƏT və yerli müşahidəçilərin seçkilərlə bağlı mənfi rəylərini əsas gətirərək səsvermənin legitimliyini tanımır. O, prezident İlham Əliyevin səsvermə nəticələrini saxtalaşdıraraq hakimiyyəti mənimsədiyini iddia edir.

Cəmil Həsənli ixtisasca tarixçidir. İndiyədək onun Birləşmiş Ştatlarda üç kitabı çapdan çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG