Accessibility links

Cəmil Həsənli: Leyla və Arif Yunusların hökmü “Asan xidmət”dən arayış almaq qədər asan olacaq


Cəmil Həsənli (Foto Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb)
Cəmil Həsənli (Foto Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb)

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəmə prosesi haqqında təəssüratlarını qələmə alıb. Cəmil Həsənlinin Facebook səhifəsində yaydığı məqaləsini diqqətinizə çatdırırıq:

Leyla və Arif Yunusların məhkəməsi hüquq adına həqarətdir. Bu hakim triosu saxta istintaq materialları, qondarma şahidlər vasitəsi ilə az əvvəl İntiqam Əliyevə 7 il 6 ay hökm oxudu.

Əslində, siyasi işlərdə hakimin kim olması fərq etməz.

İndi Leyla xanım və Arif Yunusu “mühakimə” edən hakim Əfqan Hacıyev İntiqam bəyin məhkəməsində sağdış və ya səhv etmirəmsə soldış rolunda çıxış edirdi. Heç bir cinayət tərkibi olmayan bir işdə dəlilsiz-sübutsuz İntiqam bəyə yeddi il yarım hökm oxundu. Çünki sifariş var idi, göstəriş belə idi. Əfqan “hakim” də bu göstərişi icra edənlərin tərkibində idi. İndi yerlər dəyişib. İntiqam bəyə hökm oxuyan “hakim” Yunusların işində soldış rolunda iştirak edir. Əslində, siyasi işlərdə hakimin kim olması fərq etməz. Onlar yuxarıların göstərişlərini yerinə yetirməyə məhkumdurlar. Bundan arıq onlardan bir şey gözləməyə də dəyməz.

Axı, onların vəzifəsi ədalətin izinə düşmək, haqqı bərpa etmək deyil, Yunuslara münasibətdə əvvəldən başlamış haqsızlığı tamamlamaq, saxtakarlığa hüquqi don geyindirmək, bu qurama cinayət işinin əvvəldən məlum olan hökmünü oxumaqdır.

Məhkəmənin ilk günü Leyla xanım özü də bunu hakim triosunun üzünə dedi. Heç bir reaksiya vermədilər, çünki bu sözlərə onlar öyrəncəlidirlər. Məhkəmənin ilk günü Leyla xanım cəzaçəkmə yerində ona işgəncə verən, döyən, təhqir edən xidmət işçisinin adını açıqladı, döyülmə işgəncə tarixlərini ardıcıllıqla sadaladı. Hakim heyətindən heç bir reaksiya gəlmədi. Gələ də bilməzdi. Axı, onların vəzifəsi ədalətin izinə düşmək, haqqı bərpa etmək deyil, Yunuslara münasibətdə əvvəldən başlamış haqsızlığı tamamlamaq, saxtakarlığa hüquqi don geyindirmək, bu qurama cinayət işinin əvvəldən məlum olan hökmünü oxumaqdır. Vəssalam!

Azərbaycanda kim bilmir ki, polisi də, prokuroru da, məhkəməsi də hökm altında işləyir. Böyük Füzuli demişkən “Hökm onun hökmü, Fərman onun fərmanıdır”. Hakimin işi zəhmət çəkib hökm tərtib etmək deyil, əvvəldən bəlli olan hökm höccələyə-höccələyə oxumaqdır. Bir neçə il əvvəl həyata keçirilən məhkəmə “islahatı” ölkəmizdə hakim olmağın məramını bu qədər asanlaşdırdı. Leyla və Arif Yunusların hökmü də “Asan xidmət”dən bir arayış almaq qədər asan olacaq. İstinin cırhacırında keçirilən proseslər görüntü üçündür. Bütün siyasi işlərin kompyuterin yaddaşına oturdulmuş “balvanka” hökmləri vardır və bu balvankalara yalnız cəzanın müddətini əlavə etmək lazım gəlir.

Böyük Füzuli demişkən “Hökm onun hökmü, Fərman onun fərmanıdır”.

Artıq 3 məhkəmə prosesi keçirilib. “Vətənə xəyanət” ittihamını sübut edəcək bir şey olmadığından onu təxirə salmalı oldular. Bundan sonra ümumiyyətlə, Arif Yunusun məhkəmə zalına nə üçün gətirildiyi aydın deyil. Bu adamın yeganə günahı özünün bir bank hesabından o biri bank hesabına öz pulunu köçürməkdən ibarətdir. Hüquqi anlamda bunun suç olduğunu ehtiva edən hansısa bir maddə yoxdur. Amma yəqin ki, hakim triosu sonda buna bir don geydirəcək. Leyla xanımın işində belə hüquqi böhran yaranıb.

Bu böhranın rüsvayçılığından yayınmaq üçün əvvəl açıq elan olunan məhkəməyə tədricən qapalı xarakter verirlər ki, jurnalistlər, xarici səfirliklərin nümayəndələri, beynəlxalq insan hüquqları müdafiə təşkilatları bu rüsvaçılığı görə bilməsinlər. Birinci dəfə məhkəmə zalına 3-cü adam kimi daxil oldum. Biz zala daxil olanda orada 10 nəfərə qədər səliqə-sahmanlı adamlar oturmuşdu. Peşə xəstəliyinə mübtəla olmuş Tapdıq Fərhadoğlu onların kimliyi ilə maraqlandı. Yunusların qohumlarıyıq dedilər. Bir qohum kimi Leyla xanımın atasının adını soruşduqda, bu cavan uşaqlar başlarını aşağı salaraq tut yemiş bülbül kimi susdular.

Sən demə Azərbaycanın köhnə bəlasına çevrilmiş bu yeni “qohumbazlıq” zaldakı yerləri doldurmaq və yer olmadığı üçün bir sıra Qərb ölkələri, ilk növbədə isə Amerika səfirliyinin nümayəndələrini və işə maraq göstərən jurnalistləri prosesə buraxmamaq üçün imiş.

Faktiki olaraq Yunusların məhkəməsi qapalı keçirilir və ilk baxışda dolu görsənən zalın həmin prosesə çox az dəxli var. Yeri gəlmişkən 1937-ci ildə keçirilən siyasi proseslərin kütləviliyini nümayiş etdirmək üçün həmin məhkəmə iclasları məhkəmə binalarındakı kiçik zallarında deyil, böyük klublarda keçirilirdi.

Leyla Yunusun vəkili Elçin Qəmbərov məhkəmə prosesində deyir: "Zal bu işə heç bir aidiyyəti olmayan adamlar doldurulub. Onlardan soruşdum ki, kimin məhkəməsinə gəlmisiz? Cavab verə bilmədilər. Bu proseslə maraqlananlar, o cümlədən diplomatik korpusun nümayəndələri çöldə qalıblar".

İyulun 27 və 28-də keçirilən məhkəmə tamaşaları bu “qohumbazlığın” bütün pərdəarxası məqamlarını ortaya qoydu. Faktiki olaraq Yunusların məhkəməsi qapalı keçirilir və ilk baxışda dolu görsənən zalın həmin prosesə çox az dəxli var. Yeri gəlmişkən 1937-ci ildə keçirilən siyasi proseslərin kütləviliyini nümayiş etdirmək üçün həmin məhkəmə iclasları məhkəmə binalarındakı kiçik zallarda deyil, böyük klublarda keçirilirdi.

Leyla xanımın işində müşahidə edilən ikinci məzhəkə ştatlı şahidlərdən istifadə etməkdir. Şahid qıtlığı olduğu üçün eyni prosesdə eyni adamdan həm zərərçəkmiş kimi, həm də şahid kimi istifadə edilir, bu da qədim Roma dövründən başlayan hüquq praktikasında çox ciddi bir yenilikdir. Bir neçə il bundan əvvəl ləğv edilmiş təşkilatın adından 2015-ci ilin iyul ayının 19-da adama etibarnamə verilir ki, ləğv olunmuş təşkilatın keçmiş rəhbərliyinin səlahiyyətli nümayəndəsi kimi onun hüquqlarını müdafiə etsin.

İstintaqın əsas zərərçəkən kimi təqdim etdiyi xanım Səfərəliyeva isə yalnız mənəvi olaraq ziyan çəkdiyini açıqladı. Mənəvi ziyanın maddəsi isə hələ müyyən edilməyib.

İstintaqın əsas zərərçəkən kimi təqdim etdiyi xanım Səfərəliyeva isə yalnız mənəvi olaraq ziyan çəkdiyini açıqladı. Mənəvi ziyanın maddəsi isə hələ müyyən edilməyib. Amma bu məhkəmə həm də bəzi vətəndaşlarımızın müstəsna dərəcədə sayıq olduğunu təsdiq etdi. Bir vaxtlar əyalətlərdə yaşayan bəzi köhnə bolşeviklər “Pravda” qəzetinin “podşivkalarını” kənd evlərinin damında (banında) saxlayırdılar. Sovet elitasından kimisə həbs edəndə həmin “podşivkalardan” həbs edilənin əleyhinə materiallar tapıb öz sayıqlıqlarını sübut etmək üçün Kremlə və Lyubyankaya göndərirdilər. İndi adam qəzet materialı ilə “dövlətçiliyimizi” qorumaq naminə şahidlik edir. Ənənə yaxşı şeydir, hətta KQB-dən qalsa belə...

XS
SM
MD
LG