Accessibility links

Çexiya parlamenti Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib


Çexiya Parlamenti
Çexiya Parlamenti

Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində 613 müdafiəsiz dinc sakin vəhşicəsinə qətlə yetirilib

Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar qərar qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakin vəhşicəsinə qətlə yetirilib.

Bu faciə müharibələr zamanı nə dərəcədə qan tökülə biləcəyini və dünyada insanlar arasında anlaşmaya, qarşılıqlı əlaqəyə və dözümlülüyə daim ehtiyac olduğunu bir daha təsdiqləyir.

Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin indiyədək yerinə yetirilmədiyi göstərilməklə, BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının qəbul etdiyi qətnamə və qərarlarda Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır.

Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırım hallarını törədilmə vaxtı və yerindən asılı olmayaraq pisləyib və bununla bağlı qəbul olunmuş qətnamələrin qətiyyətlə yerinə yetirilməsinə çağırıb. Bu kontekstdə Xocalıda törədilmiş kütləvi qırğın bəşəriyyətə qarşı cinayət kimi səciyyələndirilib və pislənilib.

Qərarda həmçinin faciənin 21-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı veril

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG