Accessibility links

Ceyms Uorlik: Həmsədrlər danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

Ötən həftə Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti görüşünü keçirib. Görüşlə bağlı Amerikanın Səsinin sualının cavabında amerikalı həmsədr Ceyms Uorlik bunları deyib:

“Həmsədrlər ötən həftə alman həmkarları ilə birlikdə Dağliq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr aparmaq üçün Berlinə səfər etmişdilər. Biz Almaniyanı ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesi irəliyə aparmaq məqsədilə Minsk Qrupun nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndiririk. Həmsədrlər münaqişənin uzunmüddətli nizamlanma məqsədi ilə tərəflərin bir araya gəlməsini və danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG