Accessibility links

Ceyms Uorlik: Münaqişə zonasında uçan pilotsuz aparatlardan istifadə təxribatdır


Ceyms Uorlik
Ceyms Uorlik

“Dağlıq Qarabağ münaqişə zonasında uçan pilotsuz aparatlardan istifadə təxribatdır. Tərəflər gərginliyi azaltmalıdır”. Bu bəyanatla ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində çıxış edib.

Azərbaycan Müdafiə Nazitrliyinin mətbuat xidmətinin məlumatına görə , yanvarın 29-da Ermənistan-Azərbaycan cəbhəsinin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan apparat Azərbaycan Ordusu tərəfindən vurulub.Bundan öncə, 2014-cü il noyabrın 12-də isə cəbhənin həmin istiqamətində Ermənistanın hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.

Ermənistan tərəfi pilotsuz aparatının vurulması ilə bağlı xəbəri təsdiq etməyib.

XS
SM
MD
LG