Accessibility links

İran ABŞ jurnalistini casusluqda ittiham edib


Ceyson Rezaiyan
Ceyson Rezaiyan

İranda həbsdə olan ABŞ jurnalistinə qarşı casusluq da daxil olmaqla dörd ittiham irəli sürülüb.

Ceyson Rezaiyanın vəkili “Washington Post” qəzetinə onun “hökumətə qarşı təbliğat” və “düşmən hökumətlərlə əlbir olmaq” ittihamları ilə də qarşılaşdığını bildirib. Leyla Əhsənin bildirdiyinə görə, jurnalist həmçinin “daxili və xarici siyasətlə bağlı informasiyanın toplanması” və bu məlumatların “bəd niyyətlə” paylaşmasında ittiham edilib.

“Washington Post” qəzetinin baş redaktoru Martin Baron öz bəyanatında gülünc adlandırdığı ittihamlar əsasında jurnalistin 10 ildən 20 ilə qədər həbs cəzası ala biləcəyini bildirib. Bəyanatda deyilir ki, İranın ədliyyə orqanlarının “Washington Post” qəzetinin Tehrandakı müxbirinin casusluq və ya İranın milli təhlükəsizliyinə hədə törədə biləcək fəaliyyətlərlə məşğul olduğunu iddia etməsi tamamilə əsassızdır.

Martin Baron bildirib ki, Ceyson Rezaiyan və onun vəkili arasında 90 dəqiqə sürən ilk görüş tərcüməçinin iştirakı ilə bu gün keçirilib.

39 yaşlı Rezaiyan və onun jurnalist həyat yoldaşı Yeganeh Salehi keçən il iyul ayında İran təhlükəsizlik qüvvələrinin onların Tehrandakı evində axtarış keçirdikdən sonra həbs edilmişdi. Yeganeh Salehi sonradan azad edilib, lakin həm İran, həm də ABŞ vətəndaşı olan Cyson Rezaiyan o vaxtdan həbsdə saxlanıb.

Dövlət Departamentinin sözçüsü Meri Harf rəsmi Vaşinqtonun jurnalistin azad edilməsi çağırışlarını bir daha dilə gətirib. Ağ Ev jurnalistə qarşı ittihamların əsassız olduğunu deyərək, Rezaiyanın dərhal azad edilməli olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG