Accessibility links

Çində müsəlman uyğurlara oruc tutmaq qadağan edilib [Video]


Çində müsəlman uyğurlara oruc tutmaq qadağan edilib
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Çinin Sincan vilayətində bəzi yerli hökumət orqanları və müəssisələr müqəddəs Ramazan ayı tələbələrin və hökumət işçilərinin oruc tutmalarına qadağa qoyub.

Ramazan ayı Çinin Sincan vilayətindəki uyğurlar da daxil edilməklə, dünya müsəlmanları günəş doğandan qüruba gedənə qədər oruc tutur. Lakin gərginliklərə səhnə olan Sincan regionunda hökumət işçiləri, müəllimlər və tələbələrə oruc tutmaq qadağan edilib.

Mayami universitetinin professoru Cun Tofel Dreyer adətən belə qadağaların sağlamlıqla bağlı qoyulduğunu deyir. “Bu, yenilik deyil. Onlar əvvəllər də Ramazan ayında belə qardağalar qoyublar və bu, sağlamlıqla əlaqədar olub. Siz özünüzü yeməkdən məhrum etməməlisizniz. Tələbələrin gücü olmalıdır ki, dərslərini oxuya bilsinlər. İşçilər isə işlərini yaxşı görmələri üçün ac qalmamalıdırlar.”

Lakin professor bu yaxınlarda Sincanda baş verən zorakılıqlara görə məsələyə daha həssas yanaşıldığını və daha çox diqqət çəkdiyini bildirib.

Çinin etnik azlıqları barədə bir neçə kitab yazan Oksford universitetinin tədqiqatçısı Rza Həşmaz qadağaların mövcud vəziyyətin düzəlməsinə yardım etmədiyini deyir. “Sincandakı uyğurlar arasında vəziyyət gərginləşir. Əsasən də keçən ildən bəri baş qaldıran zorakılıqlardan sonra. Bu, yalnız ziddiyyətlərin artmasına gətirib çıxarır.”

Sincanda anadan olmuş, Uyğur-Amerika Assosiasiyasının prezidenti Alim Seyitov da belə bir qadağaların uyğurların hiddətini artıracağını deyir. “Bu, Çinin güzəştli siyasətinin olmaması deməkdir. Bu, həqiqətən anti-din siyasətidir və uyqurların etiqadına ziddir. Mən özüm də daxil olmaqla, uyğurlar bu siyasətə qarşıdır.”

Uyğurlarla ölkəndə çoxluq təşkil edən Han çinliləri arasında uzun illərdir davam edən gərginliklərin son zamanlar daha da dərinləşdiyi müşahidə edilir. May ayında iki maşının Urumçidə insanların çox olduğu ticarət mərkəzində partladılmasında uyğurların əli olduğu inanılır. Hadizə zamanı 39 nəfər ölmüş, 100 nəfərdən çox insan yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG