Accessibility links

Çin ABŞ-a xəbərdarlıq edib


Çin xəbərdarlıq edərək birldirib ki, ABŞ Cənubi Çin Dənizində "provokativ hərəkətlər"dən yayınmalıdır.

Dünən yayılan xəbərlərdə ABŞ ordusunun Pekinin aqressiv şəkildə inşasını davam etdirdiyi süni adaların yaxınlığına gəmi göndərəcəyi deyilirdi. Pekin inşanı təcili sona çatdıraraq mübahisəli sularda öz iddiasını gücləndirmək istəyir.

Məlumata görə, ABŞ rəsmiləri bildirib ki, onlar Pekinin ligitim ərazisi adlandırdığı adaların dəniz zonasına hərbi gəmilər göndərməyi nəzərdən keçirir.

Nə Pentaqon, nə də Ağ ev bu xəbərləri təsdiq etməyib. Keçən ay ABŞ müdafiə naziri Eş Karter Cənubi Çin Dənizindəki vəziyyətlə bağlı danışaraq bildirmişdi ki, Birləşmiş Ştatlar beynəlxalq qanunlar çərçivəsində bütün hava, dəniz və quru əməliyyatlarını həyata keçirəcək.

Amerika Çinin regiondakı ərazi iddiasını tanımır. Bu əraziyə Çindən başqa Filippin, Vyetnam və başqa ölkələr iddia edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG