Accessibility links

Bu gün demokrat namizədlərin ilk debatı keçirilir


Bu gün Demokrat partiyasından 2016-cı il prezident seçkilərinə namizədlərin ilk debatı keçiriləcək. 5 namizədin iştirak edəcəyi debatlar Las-Veqas şəhərində baş tutacaq.

Hillari Klinton və Berni sanders
Hillari Klinton və Berni sanders

Debatların mərkəzində 2016-cı il prezident seçkilərinə namizəd Hillari Klinton və Vermont ştatından senator Berni Sanders yer almalıdır.

ABŞ-ın sabiq dövlət katibi Klinton rəy sorğularında 40, Sanders 25 faiz dəstək əldə edib. ABŞ-ın vitse-prezidenti Co Baydenin seçkilərdə iştirak edəcəyinə dair söz-söhbət bu iki namizədin qələbə şansına kölgə salıb. Bayden Las-Veqas debatlarına dəvət edilib, lakin o, dəvəti qəbul etməyib.

Klinton imicini bərpa etməyə çalışır

Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən şəxsi emailindən istifadə etdiyinə dair tənqidlərdən sonra nüfuzunu bərpa etməyə çalışır. Tənqidçilər onun hədsiz dərəcədə qeyri-spontan olduğunu və çox hallarda inandırıcı görünmədiyini deyir.

Hillari Klinton
Hillari Klinton

Xanım Klinton ABŞ-ın silahlara nəzarət qanununun nəzərdən keçirilməsinə çağırıb.Nyu-Hempşir ştatındakı kampaniya çərçivəsində seçicilərlə görüş keçirən keçmiş dövlət katibi bildirib ki, o, prezident seçilsə, icraedici hakimiyyətdə gücündən istifadə edərək silah alıcılarının daha ciddi yoxlanmasına çalışacaq.

Hillari Klinton eyni zamanda, silah istehsalçıları, satıcılar və dilerləri keçən həftə Oreqon ştatındakı kollecində silahlı şəxsin doqquz adamı gülləyərək öldürməsi kimi halları müdafiə edən qanunların dəyişdirilməsini təklif edib.

Respublikaçılara cavab hücumu

Klinton kampaniyasında yeni reklamla çıxış edir. Reklamda ötən həftə Nümayəndələr Palatasının respublikaçı çoxluğunun lideri Kevin Makkartinin 2012-ci ildə ABŞ-ın Liviyanın Benqazi şəhərində missiyasına qarşı terror hücumunun təhqiqatının Klintonun rəy sorğularında dəstəyini itirməsinə yol açdığını deməsindən bəhs edilir. Az sonra Makkartinin şərhindən imtina etməsinə baxmayaraq, onun dedikləri reklamda qalmış oldu.

Bütün sərvət əhalinin yalnız 1 faizlik üst təbəqəsinin əlindədir

Klinton Benqazi hadisəsi ilə bağlı oktyabrın 22-də ifadə verməlidir.

Rəy sorğularına görə, demokrat seçicilərin əksəriyyəti Co Baydenə səs vermək istərdi.

Debatlar Klinton üçün demokratların narahatlıqlarını azaltmaq üçün bir imkan ola bilər.

Sandersin yüksəlişi, Baydendən gözləntilər

Berni Sanders üçün də debatlar maaş bərabərsiziliyi mesajını yayması üçün yaxşı bir fürsət olacaq.

Bu yaxınlarda Bostonda keçirdiyi seçkiqabağı kampaniyası zamanı o, mühafizəkarlara üz tutmuşdu. “Bir çox amerikalı ölkəmizin dünya tarixində ən zəngin ölkə olduğundan xəbərdar deyil. Çünki bütün sərvətlər əhalinin yalnız 1 faizlik üst təbəqəsinin əlindədir”-deyə namizəd bildirib.

Vitse-prezident Co Bayden
Vitse-prezident Co Bayden

​Baydenin qərarını yaxın zamanda açıqlayacağı gözlənilir. Təhlilçilərin fikrincə, onun qərarı yarışları əsl mübarizə meydanına çevirəcək.

Debatlarda iştirak edəcək digər 3 namizəd- Meriland ştatının sabiq qurbernatoru Martin OMalli, Virciniya ştatından sabiq senator Cim Vebb və Rod Aylendin sabiq qurbernatoru Linkoln Şaffidir.

Respublikaçıların növbəti debatı oktyabr ayının 28-də Kolorado Universitetində təşkil ediləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG