Accessibility links

Vaşinqtonun Dupont Circle məhəlləsində yeraltı mərkəz [Video]


Vaşinqtonun Dupont Circle məhəlləsində yeraltı mərkəz
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Vaşinqton şəhərinin tarixi Düpont-Sörkl məhəlləsində 50 ildən çoxdur istifadə ediməyən yeraltı tramvay yolu yaxın zamanda bərpa olunacaq. Vaxtilə yerin altında tramvayın dayanacağı üçün nəzərdə tutulan platformalardan sərgilər, təqdimatlar, konsertlər, hətta filmlər çəkilməsi üçün istifadə olunması planlaşdırılır.

Vaşinqtonun ürəyi, sıra-sıra ağacların əkildiyi Düpont-Sörkl parkı şəhərin məşhur yerlərindən biridir. Lakin burada? yerin altında nələrin olduğunu çox az adam bilir. Braulio Aqnes yerin altındakı tramvay stansiyasının incəsənət mərkəzinə çevriləcəyinə ümid edir. “Biz spesifik sənət əsərləri, səs və işığın bu yerə xüsusi bir özəllik verəcəyini düşünürük. Ya da ki, qurğuların. Buradan ənənəvi qalereya üçün də istifadə edilə bilər. Hətta yeni stildə tamaşalar da qoyula bilər. Vaşinqtonda belə qeyri-adi yerdə tamaşa qoymaq istəyən teatr truppaları tapmaq mümkündür.”

Yerin altındakı tunel və platforma 1940-cı illərin sonunda tikilib. Lakin yeraltı nəqliyyat uzun zaman işləməyib və 1960-cı illərdə tamamilə dayandırılıb. İndi bu unudulmuş yeraltı stansiya Vaşiqntonuin yeni simvoluna çevrilə bilər.

“Son 5-10 ildə böyük dəyişikliklər olub. Restoranların görünüşü dəyişib, yeni inkişaflar, yeni imkanlar var. Biz düşünürük ki, dəyişikliklər şəhərin inkişafına xidmət edəcək” deyə, Braulo Aqnes bildirir.

Dyupontun yeraltı sistemi unudulmuş sənaye obyektlərinin yenidən qurulmasına misaldır. Məsələn, Nyu-Yorkda mütəxəssislər köhnə tramvay deposunu yeraltı dayanacağa çevirmək istəyir. Elə Nyu-Yorkun məşhur Hay-Layn Parkı da köhnə dəmir yolunun yerində salınıb. Buradan isə belə bir sual doğur, “Dyupontdakı yeraltı stansiya uğur layihə olacaqmı?”

“Mən Dyupontdakı ərazinin incəsənət və ya təqdimatlar üçün istifadə oluna biləcəyini düşünürəm. Oranın sahəsi çox böyükdür, 7 min kv-metr. Zənnimcə, yaxşı olmalıdır.” Bill Makleod Dyupont Sörkl məhəlləsindəki kiçik bizneslərə yardım edən təşkilata başçılıq edir. O, 15 il əvvəl başqa biznesmenlərin yerin altında tramvay motivli yeməkxana açmaq istədiyini, lakin bu layihənin baş tutmadığını deyir.

Braulio Aqnes və onun həmkarları yeraltı stansiyanın bu ilin payızında açılacağına ümid edirlər. Bu, yerin altında sənət əsərlərinə insanların nə dərəcədə maraq göstərdiyini nümayiş etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG