Accessibility links

Ebola Konqres seçkilərinin nəticələrinə necə təsir edə bilər? [Təhlil]


ABŞ prezidenti Ebola virusunun yayılmasına mane olunması səyləri ilə bərabər, bunun Demokrat partiyasına mənfi təsir göstərməməsinə çalışır.

Ebola faktoru amerikalıların Konqres seçkilərinə hazırlaşdığı bir vaxt demokratların Senatdakı əksəriyyətlərini itirəcəyinə dair qorxulara yol açıb.

ABŞ-da artıq bir nəfər virus səbəbi ilə dünyasını dəyişib. Bu, liberiyalı turistə baxan iki tibb bacısının virusa yoluxması ilə nəticələnib. Virus Qərbi Afrika ölkələrində 4 mindən artıq insan həyatına son qoyub.

Bu, prezident üçün pis sürprizdir. Prezident və Demokratlar bununla məşğul olmalıdır. Məsələ böhran hissi yaradır. Bu hökumətin səriştəsini sual altına alır.
Julian Zelizer, Prinston Universiteti

Bu hadisələr Obama administrasiyasının tənqidlərinə yol açıb. Amerikalılar ölkə liderliyini lazımı müdafiə ölçülərinə əl atmamaqda günahlandırır.

Qolf oynaması və maliyyə toplanışlarına görə tənqidlərə məruz qalan Barak Obama bəzi səfərlərini təxirə salıb, Ebolaya cavab komandasının üzvləri ilə görüşlər keçirib. Görüşlərdən sonra ABŞ dövlət başçısı amerikalıları əmin etməyə çalışıb.“İnsanların qorxduğunu başa düşürəm. Lakin bir daha demək istəyirəm ki, ölkəyə bir nəfər xəstə ikən daxl olub.”

Obama çıxışı zamanı Ebolaya dair qorxuların siyasi baxımdan ziyana malik olmayacağına ümid etdiyini deyib. “Bizim hər birimiz üçün virusla mübarizə olduqca mühümdür. Başda özüm olmaqla, bu problemə olduqca ciddi yanaşırıq.”

Liberiyadan gəlmiş adam qayğı göstərmiş iki tibb işçsinin Ebolaya yoluxması ABŞ-da qızğın debata yol açıb.
Liberiyadan gəlmiş adam qayğı göstərmiş iki tibb işçsinin Ebolaya yoluxması ABŞ-da qızğın debata yol açıb.

Prezident Obamanın reytinqi düşməkdədir. Ötən ay keçirilən rəy sorğularına görə, İraq və Suriyada İŞİD-ə qarşı mübarizə də daxil edilməklə, onun xarici siyasətindən narazılıq mövcuddur.

Siyasi təhlilçilərin fikrincə, Ebola gələn ay keçiriləcək seçkilərdə demokratları zəiflədə bilər.

Prinston Universitetinin professoru Julian Zelizerin dediyinə görə, Ebola noyabr seçkilərinin nəticələrinə təsir edə bilər. “Bu, prezident üçün pis sürprizdir. Prezident və Demokratlar bununla məşğul olmalıdır. Məsələ böhran hissi yaradır. Bu hökumətin səriştəsini sual altına alır. Bu, indi kampaniyanın tərkib hissəsinə çevriləcək."

Respublikaçılar Demokratları adekvat ölçülər götürməməkdə günahlandırır. Onlar səyahət qadağasının tətbiqinə çağırır. Demokratlar isə qadağanın xeyirdən çox ziyana səbəb olacağını önə çəkir.

Demokratlar kampaniya reklamları zamanı respublikaçıları Xəstəliklərə Nəzarət Mərkəzində ixtisarlara dəstək verməklə, Ebola ilə mübarizə səylərini şübhə altına almaqda ittiham edir.

ABŞ prezidenti isə gələn günlər ərzində maliyyə vəsaiti toplanışı səylərini bərpa etməlidir.

Təhlilçilər deyir ki, Obama və onun partiyası bir neçə xəstəlik halının qeydə alınmasının gələn ay seçkilərinə ciddi təsir etməyəcəyinə ümid bəsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG