Accessibility links

Əfqanıstanla bağlı "yol xəritəsi"nə dair razılaşma əldə edilib


Dördtərəfli Koordinasiya Qrupunun İslamabadda görüşü
Dördtərəfli Koordinasiya Qrupunun İslamabadda görüşü

Birləşmiş Ştatlar, Çin, Pakistan və Əfqanıstan nümayəndələri Kabil hökuməti və Əfqanıstanda Taliban qrupu ilə birbaşa danışıqların keçirilməsinə dair planla bağlı razılıq əldə edib.

Dörd ölkənin şənbə günü İslamabadda görüşənyüksək səviyyəli rəsmilərinin verdiyi birgə bəyanatında Taliban bu ayın sonuna qədər keçirilməsi nəzərdə tutulan sülh danışıqlarında iştirak etməyə çağırılır.

Dördtərəfli Koordinasiya Qrupu bildirib ki, Əfqanıstanda sülhə dair "yol xəritəsi" siyasi nizamlanma və zorakılıqlaar son qoyulması istiqamətində mərhələləli proses nəzərdə tutulur.

Taliban şənbə günü görüşdə iştirak etməyib və qrupun üzvlərinin sülh danışıqlarına qatılıb-qatılmayaacağına da işarə etməyib. Taliban liderləri bundan öncə sülh danışıqlarının təşkil edilməsi sylərini tənqid etmişdi. Sonuncu dəfə belə bir təşəbbüs bu yaxınlarda Qətərdə Nobel Sülh mükafatı laureatlarından ibarət beynəlxalq sülh müdafiəçilərinin qeyri-rəsmi konfransında irəli sürülşmüşdü.

"Təəssüf ki, xaricilər və Kabil administrasiyası bu addımları atır və sülhün həqitətən də əldə olunmasına çalışmır"-deyə taliban keçən ay Qətərdə keçirilən görüş zamanı açıqladığı bəyanatında bildirmişdi.

Əfqanıstanda Taliban qrupunun liderləri sülhə nail olunması üçün öz şrtlərini irəli sürüb. Bunlar Birləşmiş Ştatlar tərəfindən həbs edilən şəxslər də daxil olmaqla məhbusların azad edilməsi, Talibanın yüksək səviyyəli nümayəndələrinin BMT-nin sanksiyalar siyahısından çıxaarılması və bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılmasından ibarətdir.

Əfqanıstanın görüşdə nümayəndə heyətinin başçısı, Xarici İşlər nazirinin müavini Hekmat Xəlil Karzai bir neçə gün bundan əvvəl Almaniyada deyib ki, onun hökuməti xüsusilə də qadınların hüquqlarının təmin olunması məsələsi daxil olmaqla Əfqanıstan konstitusiyasında təsbit olunmuş dəyərlərə sadiq qalır. Nazir müavini Kabilin müzakirəçilər komandasında qadınların olacağına söz verib.

Taliban rəsmiləri nəzarət etdikləri kəndlərdə qadınların hüquqlarını pozmaları ilə tanınsalar da, qrupun liderləri sosial siyasətdə daha güzəştlərə gedilə biləcəyini bildiriblər.

"İslam Əmirliyi sivil fəaliyyətlərə, o cümlədən söz azadlığı, İslam qanunları çırçivəsində qadınların hüquqları, milli maraqlar və dəyərlərə sadiq qalır"-deyə Taliban Qətərdə keçirilən görüş zamanı açıqladığı bəyanatda bildirib.

Dördtərəfli Koordinasiya Qrupu dekabr ayında İslamabadda Əfqanıstanla bağlı konfransın çərçivəsində yaradılıb. Qrupa Birləşmiş Ştatlar, Çin, Pakistan və Əfqanıstanın yüksək səviyyəli diplomatları daxildir.

Qrupun üçüncü görüşündə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüxsusi nümayəndəsi Riçard Olson başda olmaqla Amerika nümayəndə heyəti iştirak edib. Çinin tərəfdən görüşə Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə Denq Tsicunun başçılıq etdiyi nümayəndə heyəti qatılıb. Danışıqlara Pakistanın xarici işlər naziri Aizaz Çodri sədrlik edib və öz ölkəsinin nümayəndə heyətinə başçılıq edib.

Dördtərəfli Koordinasiya Qrupunun növbəti görüşünün fevralın 23-də Kabildə keçirilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG