Accessibility links

Təbrizli fəal: Bizi ABŞ-a, İsrailə işləməkdə günahlandırırlar! [Audio]


Milli-mədəni hüquqlar uğrunda mübarizə aparan təbrizli fəal Elman (Mehdi) Nuri İran Azərbaycanında siyasi fəalların üzləşdiyi məşəqqətləri Amerikanın Səsi ilə bölüşüb.

O, və onun 29 yoldaşı ötən il orucluğun 12-ci günündə iftar zamanı həbs edildikdən sonra Ettealat əməkdaşları tərəfindən döyülmüş və məhkəmə qərarlarına əsasən müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar. Məhkəmənin xüsusi xidmət idarəsinin sifarişini yerinə yetirdiyini deyən Elman Nuri İranın hökumət orqanlarından ədalət gözləmədiyini deyir.

Elman Nuri özünün və mübarizə yoldaşlarının qanuna–zidd hərəkət etmədiklərini israr edərək, İran hökumətinin yürütdüyü siyasətin Azərbaycan Türklərini əzdiyini vurğulayıb. Elmanın sözlərinə görə Urmu gölünün quruduğu və azərbaycanlıların fundamental milli-mədəni hüquqlardan məhrum olduğu bir vaxtda o, haqq sözünü ucadan ifadə etməkdən başqa seçim görmür.

Həftəlik Haray proqramının qonağı ilə söhbəti Kanadanın Toronto şəhərində qərargahlanan müxbirimiz İnsafəli Hidayət aparıb.

please wait

No media source currently available

0:00 0:14:21 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG