Accessibility links

Ərdoğandan ABŞ-a ultimatum: Ya Türkiyəni seçin, ya da Suriya kürdlərini


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlara ya Türkiyə, ya da Suriya kürdləri arasında seçim edilməsinə dair ultimatum verib. ABŞ hərbi qüvvələri İslam Dövləti qrupuna qarşı mübarizədə Suriya kürdlərinin PYD qrupu ilə yaxın iş aparır.

Ultimatum İŞİD əleyhinə koalisiyanın başçısı Bret Makgörkün bir həftə öncə Suriyanın Kobani şəhərini ziyarət edərək, PYD və onun hərbi qanadı olan YPG üzvləri ilə görüşməsindən sonra verilib.

ABŞ hərbi qüvvələri İslam Dövləti qrupuna qarşı mübarizədə YPG üzvlərinə dəstək verir, lakin Ankara Suriya kürdlərinin qrupunu Türkiyə hökumət qüvvələrinin ölkənin cənub-şərqində mübarizə apardığı terrorçu tə.kilat olan Kürdüstan Fəhlə Partiyası PKK- ilə əlaqədə ittiham edir.

ABŞ-ın NATO-dakı səfiri Daqlas Lyut Türkiyə prezidentinin ultimatumuna böyük əhəmiyyət verməyib, Suriya kürdlərinin qrupunun əhəmiyyətini vurğulayıb.

PYG kürd silahlı qrupunun üzvləri
PYG kürd silahlı qrupunun üzvləri

"Bu, ABŞ-ın kontaktı və Suriya kürdlərinin qrupuna dəstəklə bağlı narahatlıqlar deyil. Qeyd edilən səfər Kobaniyə edilib. Şəhər İŞİD-ın nəzarətindən əsas etibarilə Suriya kürdlərinin effektiv döyüşləri nəticəsində azad edilib"-deyə o bildirib.

Ankaranın ABŞ-ın İslam Dövləti qrupuna qarşı əməliyyatları üçün hərbi hava bazalarından istifadəyə icazə verməsi Vaşinqtonu Suriya kürdlərinə dəstək məsələsində həssas balans yaratmağa sövq edir.

"Bu, mühüm bir jestdir, təhrikçi jestdir, amma legitim bir jestdir. Bu, Birləşmiş Ştatların Suriya kürdləri ilə bağlı mövqeyini təsdiq edən bir addımdır və eyni zamanda Ankaraya da mesajdır. Birləşmiş Ştatlar PYD kürdlərinin ruslara meyl göstərməsini istəmir, Ankara da məhz bunu edir"-təhlilçi Kadri Gürsel

Təhlilçilərin fikrincə, Moskva Suriya kürdlərinin sədaqətini qazanmağa çalışır. Rusiyanın PYD-nin mövcudluğuna çalışması səylərinin qarşısı keçən ay Cenevrədə Suriyaya dair danışıqlarda Ankara tərəfindən alınıb.

Moskvanın Suriya kürdlərini silahlandırdığına dair dəfələrlə məlumatlar verilib.
Al-Monitor onlayn jurnalının siyasi şərhçisi Kadri Gürsel deyir ki, Makgörkün Kobaniyə səfərinin Birləşmiş Ştatlar üçün strateji əhəmiyyəti var.

"Bu, mühüm bir jestdir, təhrikçi jestdir, amma legitim bir jestdir. Bu, Birləşmiş Ştatların Suriya kürdləri ilə bağlı mövqeyini təsdiq edən bir addımdır və eyni zamanda Ankaraya da mesajdır. Birləşmiş Ştatlar PYD kürdlərinin ruslara meyl göstərməsini istəmir, Ankara da məhz bunu edir"-deyə o bildirib.

Türkiyənin siyasi liderlərinin PYD və PKK-nı İslam Dövləti qrupundan daha böyük təhlükə adlandırması ilə təhlilçilər Ankara və Vaşinqton arasında əlaqələrdə gərginliyin getdikcə artdığını bildirir.

Gürselin fikrincə, bu gərginliklər indi münasibətlərin yenidən müəyyənləşdirilməsinə gətirib çıxarır.

"Vaşinqton Ankaraya dost kimi baxır, lakin Vaşinqtonun gözündə Ankara etibarsız, güvənilməyən bir dostdur. Ankara və Vaşinqton Yaxın Şərq baxımından eyni yerdədir"-deyə o bildirib.

Vaşinqton Türkiyəni İslam Dövləti qrupuna qarşı mübarizədə əsas tərəfdaşlardan biri adlandırmağa davam edir. Lakin müşahidəçilər deyir ki, Vaşinqtonun prioriteti İŞİD-i məğlub etməkdir və Suriya kürdlərinin İŞİD-ə qarşı ən effektiv qüvvələrdən biri olmasına görə Türkiyə və ABŞ arasında münasibətlərdə hələ bir müddət gərginlik müşahidə ediləcək.

XS
SM
MD
LG