Accessibility links

Əfqanıstan qüvvələri Musa Qala rayonunu Talibandan geri aldığını bildirib


Əfqanıstan rəsmiləri bildiriblər ki, milli təhlükəsizlik qüvvələri Helmənd vilayətində Taliban yaraqlıları ilə günlərlə davam edən şiddətli döyüşlərdən sonra ucqar rayonun nəzarətini ələ keçirə bilib.

Müdafiə Nazirliyinin sözçüsü Dövlət Vəziri jurnalistlərə açıqlamasında Musa Qalanın geri alınması əməliyyatının NATO-nun başçılıq etdiyi hava hücumları ilə müşayiət olunduğunu və 220-dən çox yaraqlanın ölüb və ya yaralanması ilə nəticələndiyini bildirib.

Vəzirinin sözlərinə görə, hökumət qüvvələri ən azı bir itki verib və bir neçə nəfər isə yaralanıb. Yerli hərbi rəsmiləri isə bildirib ki, milli təhlükəsizlik qüvvələri heç bir itki verməyib.

Taliban isə hökumətin bu məlumatlarına dair heç bir mövqe bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG