Accessibility links

Firdovsi Atakişiyev: "İçəri şəhər" filmi cəmiyyətə mesajdır [Audio-Müsahibə]


Azərbaycan Dövlət Rus Dram Teatrının görkəmli aktyoru Firdovsi Atakişiyev ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safatın “İçəri şəhər” filminin psixoloji dram olduğunu deyir. O, baş rolda çəkildiyi filmdə yaşıdlarından fərqli olaraq, öz istəkləri ilə yaşayan gənc tələbə Arzu və Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edildiyini bildirir.

please wait

No media source currently available

0:00 0:13:19 0:00
Direct link

Firdovsi bəy filmdə Rafaelin Qarabağda başından yaralandığını, aldığı zədəyə görə cəmiyyət tərəfindən qəbul edilmədiyini və o vaxtdan bəri təcrid vəziyyətdə yaşadığını deyir.

Aktyorun dediyinə görə, insanlar tanımadan digərləri haqda ümumi rəy yaradır. Elə “İçəri şəhər” filminin adı da şəhəri deyil, insanın daxili aləmini nəzərdə tutur. “Rafael müharibə yarası, nişanlısı tərəfindən aldığı yara və insanların ona olan münasibəti yarası ilə yaşayır - hətta 20 il sonra o vəziyyətdən çıxa bilmir,” deyə aktyor bildirir.

Aktyor Rafaelin Arzu adlı gənc qıza rast gəldiyini və Arzunun öz gəlişi ilə onun həyatını içıqlandırmalı olacağını deyir. Lakin milli mentalitetin hökm sürdüyü bir yerdə gənc qız üçün ənənələrə zidd yaşamaq və azad sevgi cəmiyyətin qınağına səbəb olur. Firdovsi bəy bu filmin bir mesaj məqsədi daşıdığını deyir, və bu mesaj budur: Bir insanı tanımadan, onun daxili aləmini bilmədən, kiminsə rəyinə əsaslanaraq, kiminsə çıxardığı nəticə ilə insanlar haqda fikir söyləməyin!

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG