Accessibility links

2020-ci il futbol üzrə Avropa çempionatının dörddə bir finalı Bakıda keçiriləcək


Futbol üzrə Avropa çempionatı - logo
Futbol üzrə Avropa çempionatı - logo

Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatı oyunlarının keçiriləcəyi 13 şəhər siyahısına daxil edilib. Bu barədə UEFA Cenevrədə keçirilən rəsmi mərasimdə bildirib.

Bakı qrup mərhələsinin üç oyununu və bir dörddə bir final oyununu qəbul edəcək. Oyunlar 68 min tamaşaçı yeri olan yeni olimpiya stadionunda keçiriləcək.

Bakıdan başqa Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya) və Roma (İtaliya) hər biri üç qrup mərhələsi oyunu və bir dördə bir final oyunu qəbul edəcək.

Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) hər biri üç qrup mərhələsi oyunu və bir 1/8 final oyunu qəbul edəcək.

Yarımfinal və final Londona (İngiltərə) etibar olunub.

Ümumilikdə oyunların keçirilməsi üçün 18 şəhər namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, Avropa çempionatının müxtəlif şəhərlərdə keçirilməsi formatı qitənin ilk yarışının keçirildiyi gündən 60 il keçməsi ilə əlaqədar seçilib.

XS
SM
MD
LG