Accessibility links

Həbsdə olan hüquq müdafiəçisinin anası ilə bağlı araşdırma başlayıb


Gülbuta Xasməmmədova
Gülbuta Xasməmmədova

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası bildirib ki, Göyçay polis əməkdaşlarının özbaşınalığından şikayət etdiyinə görə ona qarşı cinayət işi açılıb.

Gülbuta Xasməmmədovanın Turan-a verdiyi məlumata görə, iyulun 22-də Göyçay məhkəməsində prokuror onun oğlunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Öz növbəsində, ana bu iş üzrə zərərçəkmiş kimi keçən polisləri böhtanda ittiham edib.

O, polis rəisinin müavini Faiq İlyasovu oğlunun həbsinin təşəbbüskarı olmaqda ittiham edib. Bu zaman polis serjantı Vahid Həşimov qadına hücum edib və onu təhqir etməyə başlayıb.

Digər polis – İslam İslamov qadının əlindən tutub və kənara çəkib, bu zaman onun əlini yaralayıb və ona qarşı təhqiredici jestə yol verib.

Bunları müşahidə edən polis rəis müavini tabeliyindəki insanlara raport yazmağı və “bütün Xasməmmədovları həbs etməyi” əmr edib.

Bundan sonra qadın Daxili İşlər Nazirliyinə şikayət edib. İki gün əvvəl yerli polis bölməsinin müstəntiqi Xasməmmədovadan onun şikayəti ilə bağlı ifadə alıb və eyni zamanda bildirib ki, ona qarşı güc tətbiq etməklə polisə müqavimət göstərmək ittihamı ilə araşdırma başlayıb.

“Başa düşmürəm, niyə bizə qarşı belə qanunsuzluq və ədalətsizlik edirlər, mətbuat vasitəsilə prezident İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edirəm.

O deyirdi ki, vətəndaşlar qanunsuzluq və hüquqlarının pozulması ilə bağlı ona müraciət etsinlər. Mən də ona müraciət edirəm və ailəmizə qarşı bu özbaşınalığı dayandırmağı xahiş edirəm”, deyə Xasməmmədova bildirib.

Taleh Xasməmmədov bu ilin fevralında xuliqanlıq ittihamı ilə həbs edilib, sonradan üç il müddətinə azadlıqdan məhrum edilib.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və özbaşınalığa və vətəndaşların hüquqlarının pozulmasına görə yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG