Accessibility links

Güney Azərbaycan İstiqlal Partiyası Stokholmda konfrans keçirib


Aprelin 13-də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) İsveçin Stokholm şəhərində təşkil etdiyi konfransda regionda cərəyan edən proseslər və İranın Türkiyə və Azərbaycan Respublikası ilə əlaqələri müzakirə edilib.

Kanada, Türkiyə və Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin qatıldığı konfransda hüquqşünas Saleh Kamrani, Türkiyə Strateji Araşdırmalar mərkəzlərinin Yaxın Şərq və İran üzrə eksperti Arif Kəskin və GAİP-ın sözçüsü Saleh Ildırımdən ibarət olan panel iştirakçılarından əlavə bəzi diaspor təşkilatlarının təmsilçiləri və üzvləri çıxış edib.

Güney Azərbaycan İstiqlal Partiyasının veb səhifəsində yazılanlara görə, “Güney Azərbaycan Milli Hərəkatı üçün aksiya planı hazırlamaq” və o planı həyata keçirmək üçün milli hərəkatın imkanlarının səfərbər edilməsi və buna şərait yaradılması başlıca hədəf olub.

Stokholm tədbirini geniş yayan Türkiyə mediasında bəzi iştirakçıların çıxışlarından sitatlar yayılıb.

Türkiyənin İhlas xəbər agentliyinə müsahibə verən GAİP sözcüsü Saleh Ildırım “İstiqlal Partiyasının bütün nümayəndələrini Stockholmda topladıq. Bu konfransda Güney Azərbaycanın qurtuluşu yollarını müzakirə edəcəyik”-deyə bəyan edib.

Bölgədə durumun yaxşı olmadığını qeyd edən partiya sözçüsü “biz türk dövlətləri və ana vətən Türkiyədən kömək gözləyirik”-deyə əlavə edib.
“Milli hərəkatımız heç kim tərəfindən dəstəklənmir. Dünya ölkələri milli hərəkat ilə bağlı kimlə görüşəcəklərini belə bilmirlər. Bizim diaspor təşkilatı kimi heç bir imkanımız yoxdur. Hətta bir qadın təşkilatımız belə mövcud deyil”-deyə araşdırmaçı Arif Kəskinin sözləri Türkiyə mediasında əksini tapıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG