Accessibility links

Kişilərin saqqallarındakı bakteriyalar ən güclü bakteriyalardandır [Video]


Kişilərin saqqallarındakı bakteriyalar ən güclü bakteriyalardandır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Londonda aparılan araşdırmaların nəticələri bəzi kişi saqqallarındakı baktertiyaların antibiotik mənbəyi olduğunu göstərib. Belə bir tapıntı istehsal edilən aintibiotiklərə bir sıra xəstəliklərin müqavimətinin artdığı vaxta təsadüf edir.

Lazım olmadığı halda bakteriyalardan geniş istifadə onların mutasiyası və super-bakteriyaya çevrilməsinə gətirib çıxarır. Nəticədə isə antibiotiklərlə müalicə olunan pnevmaniya və ya böyrək ikfeksiyası kimi xəstəliklər yenidən ölümcül xəstəliklərə çevrilib. Lakin bu yaxınlarda Britaniya laboratoriyasında aparılan araşdırmaların nəticələri göstərib ki, kişi saqqalında olan bəzi bakteriyalar insanların yaşamaq üçün mübarizə apardığı antibiotik mənbəyidir. “Beləliklə, biz 20 saqqaldan azı yüz müxtəlif izolyator əldə etdik ki, onların 25 faizi antibiotik xüsusiyyətinə malikdir" deyə, Britaniya universitetindın alim Adam Roberts bildirir.

London Univesiteti Kollecinin araşdırmalarının media tərəfindən işıqlandırılan nəticələrində deyilir ki, kişi saqqalında bakteriyalar unitazdakından daha çoxdur. Bu da saqqalın kişilərin sağlamlığı üçün təhlükəli olub-olmadığına dair mübahisələrə səbəb olub.

Adam Roberts: “Biz bunu ya təkzib etməli, ya da təsdiq etməli idik. Lakin biz heç bir dəlil tapa bilmədik. Beləliklə, biz saqqalın sizin həyatınız üçün təhlükəli olduğunu deyə bilmərik. Eynilə saqqalın sizin üçün yaxşı olduğunu deyə bilmədiyimiz kimi.”

Lakin testlər bəzi bakteriyaların toksinlər yaratdığını və həmin toksinləriun E-koli kimi ölümcül bakteriyaları məhv etdiyini göstərib. Belə bir tapıntı isə hazırkı antibiotiklərin təsirinin azaldığı və yeni antibiotiklərin hələ aşkar edilmədiyi vaxta təsadüf edir. Alimlər deyirlər ki, onlar bakteriyaları müxtəlif mənbələrdə axtarır. “Artıq bizə saqqal lazım deyil. Biz bakteriyaları müxtəlif yerlərdə axtarırıq, soyuduculardan tutmuş, pişiklərə qədər. Hazırda biz 50-yə yaxın bakteriya aşkar etmişik ki, bu bakteriyalar sidik yolları infeksiyasına səbəb olan E-Koli bakteriyası da daxil edilməklə, bir sıra infeksiyaları məhv edə bilər.”

Lakin yaxın zamanda heç bir möcüzə gözləmək lazım deyil. Alimlər yeni antibiotiklərin aşkar edilməsinin uzun zaman alan və baha başa gələn iş olduğunu deyirlər.

XS
SM
MD
LG