Accessibility links

Hərbi Hava Qüvvələri təlimlərə başlayıb


S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim
S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim

Nazirlik təlimlərin harada keçirildiyini açıqlamır

Avqustun 13-də Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə təlimlər nazir Zakir Həsənovun əmri ilə başlanıb.

Bu sayca 3-cü təlimdir.

Lakin nazirlik təlimlərin harada keçirildiyini açıqlamır.

Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.

XS
SM
MD
LG