Accessibility links

Hillari Klinton silaha nəzarətlə bağlı təkliflərini açıqlayıb


ABŞ 2016-cı il prezident seçkilərində Demokrat partiyasından namizədlər arasında irəlidə gedən Hillari Klinton Birləşmiş Ştatlarda insan ölümülə nəticələnmiş atışmalardan sonra ölkədən silaha nəzarətlə bağlı qanunların qəbul edilməsinə çağırıb.

ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatında kampaniya çərçivəsində seçicilərlə görüş keçirən keçmiş dövlət katibi bildirib ki, o, prezident seçilsə, icraedici hakimiyyətdə gücündən istifadə edərək silah alan şəxslərin daha ciddi yoxlanmasına çalışacaq.

Hillari Klinton eyni zamanda, silah istehsalçıları, satıcılar və dilerləri keçən həftə Oreqon ştatında icma kollecində silahlı şəxsin doqquz adamı gülləyərək öldürməsi kimi hallarda belə müdafiə edən qanunların dəyişdirilməsini təklif edib.

“Mən var gücümlə silah gəzdirməsi mümkün olmayan insanların əlinə silah keçməsinin qarşısını almağa çalışacam”-deyə o bildirib.

Hillari Klintonun ABŞ-da silahlara nəzarətə dair qanunları dəyişdirmək cəhdi onunla Respublikaçılar partiyasından prezidentliyə namizədlər arasında fikir ayrılıqlarının mövcudluğunu nümayiş etdirir. Respublikaçı namizədlər Oreqonda hadisə qurbanlarının ailə üzvlərinə başsağlığı bildirsələr də, daha ciddi silah nəzarətinə dəstək verməyiblər. Onlar kütləvi qırğın törədə biləcək insanların əvvəlcədən müəyyən edilməsinə yardım məqsədilə əqli xəstəliklərin müalicəsi üçün daha yaxşı proqramların yaradılmasına çağırıblar.

Birləşmiş Ştatlarda silah saxlamaq ölkə konstitusiyasına ikinci düzəlişlə təsbit edilib. Prezident Barak Obama ölkə məktəbləri, kilsələr və kino-teatrlarda baş vermiş silahlı hücumları qınasa da, silah saxlayan şəxslərin daha ciddi yoxlanılması kimi təşəbbüslərin həyata keçirilməsinə nail ola bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG