Accessibility links

Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub (Yenilənib)


Giorgi Gogia
Giorgi Gogia

Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Gogia martın 31-də yerli vaxtla saat 21-də Bakıdan Tbilisiyə deportasiya olunub. Bu barədə Turan agenliyinə Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdeladze bildirib.

Onun sözlərinə görə, Gogia Bakı Beynəlxalq Hava limanının neytral zonasında saxlanılıb.

Diplomat Gürcüstan vətəndaşı olan Giorgi Gogianın saxlanmasının səbəblərini bilmədiyini deyib.

***

Martın 30-u Azərbaycana daxil olmağa çalışan Human Rights Watch-un əməkdaşı Giorgi Gogianın qarşısı alınıb. Human Rights Watch-un Avropa və Mərkəzi Asiya Şöbəsinin direktor müavini Reyçel Denberin Amerikanın Səsinə verdiyi məlumata görə, təşkilatın Cənubi Qafqazda insan haqları məsələləri üzrə eksperti Giorgi Qogia insan haqları müdafiəçisi İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələrində iştirak etməyi planlaşdırırdı.

"Qogia martın 30-da Heydər Əliyev adına hava limanına çatanda rəsmilər onun ölkəyə daxil olmasının qarşısını alıb və bunu nə üçün etdiklərinə dair heç bir açıqlama verməyib" -deyə xanım Denber bildirib.

Onun bildirdiyinə görə, dünən rəsmilər Giorgi Qogianın pasportunu götürərək onu paspost dəhlizində gözləməyə məcbur ediblər. "Qogia dünən Bakı vaxtı ilə günorta saat 13:30-dan etibarən orada saxlanır" - deyə Reyçel Denber Amerikanın Səsinə bildirib.

Tomas Hammerbergerin Twitter hesabı
Avropa Şurasının insan haqları üzrə keçmiş komissarı Tomas Hammerberger Twitter hesabında Qogiyanın saxlanmasını Azərbaycanda pisləşən insan haqları durumunun təzahürü kimi dəyərləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG