Accessibility links

Avropa Şurasının baş katibi: İlqar Məmmədov azad edilməlidir [Audio-Müsahibə]


Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland
Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland

Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə və REAL hərəkatının lideri İlqar Məmmədovu həbsdən azad etməyə çağırıb.

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)
ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun qanunsuz həbsi barədə qərar üzrə Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib. Bu o deməkdir ki, məhkəmənin qərarı qətidir. Odur ki, Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram”, Yaqlandın bəyan edib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunur. 2014-cü ilin mayında Avropa Məhkəməsi həbsin qanunsuz olması barədə qərar çıxarıb. Rəsmi Bakı bundan apellyasiya verib.

Məhkəmənin iğtişaşların təşkili üzrə qərarı barədə İlqar Məmmədovun şikayətinə hələ Avropa Məhkəməsində baxılmayıb.

Həmçinin may ayında Avropa məhkəməsi qərara alıb ki, Məmmədovun saxlanması və həbsi əsassızdır. Onun həbsi hökuməti tənqid etdiyinə və hakimiyyətin gizlətmək istədiyi informasiyanın dərcinə görə İ.Məmmədovu cəzalandırmaq üçündür.

Öz növbəsində vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı qəti olaraq qüvvəyə minib.

Vəkil Fuad Ağayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 22 may tarixli qərarından Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib.

“Dünən Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq 5 hakimdən ibarət kollegiya Azərbaycan hökumətinin müraciətinin Böyük Palatanın baxışına verilib-verilməməsi məsələsinə baxıb. Kollegiya qərara gəlib ki, müraciətin Böyük Palatanın baxışına verilməsinə heç bir əsas yoxdur. Bu isə Avropa Məhkəməsinin 22 may tarixli qərarını qəti edib və qərar qüvvəyə minib”, o qeyd edib.

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Vəkil bildirib ki, Azərbaycan hökuməti üç ay müddətində Avropa Məhkəməsinin qərarından irəli gələn hərəkətləri etməlidir.

“Mən qərarın maddi tərəfinə toxunmuram. Hesab edirəm ki, bu heç də ən əhəmiyyətli məsələ deyil. Ən əhəmiyyətli məsələ odur ki, İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarında göstərilib ki, 2013-cü ilin fevralından başlayaraq məhkəməyə qədər olan müddətdə onun həbsdə saxlanılması tamamilə qanunsuz olub. Məhkəmənin qərarında göstərilir ki, Məmmədovun həbs ediləndə istinad edilən hərəkətlərdə, yəni kütləvi iğtişaşları törətməkdə, polisə qarşı zorakılıq etməkdə və sair əməllərdə təqsirləndirilməsi və şübhəli bilinməsi üçün kifayət qədər əsas olmayıb. Buna görə də Nəsimi rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Ilqar Məmmədov barəsində qəbul etdiyi qərarların hamısı Avropa Məhkəməsi tərəfindən qeyri-hüququ sayılıb”.

Ağayev hesab edir ki, yuxarıda sadalananların əsasında Azərbaycan Ali Məhkəməsinin, onun sədri Ramiz Rzayevin borcudur ki, həmin məhkəmə qərarlarına yenidən baxıb, onları ləğv etsin. “Avropa Məhkəməsinin qərarında göstərilir ki, İlqar Məmmədovun həbsi üçün əsaslı şübhə olmayıb. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən vətəndaşın istintaq dövründə həbs edilməsi üçün tələblər daha aşağıdır, nəinki onun məhkum olunması üçün tələblər. Yəni Məmmədovun İsmayıllı şəhərinə gəlməsi, tanımadığı adamları başına yığması, onları idarə etməsi, guya onları hakimiyyətə qarşı yönəlməsi, kütləvi iğtişaş törətməsi əsası olmayan ittihamlardır. Onun qısa müddətdə, yəni dəqiqələr ərzində liderə çevrilməsi mümkün deyildi. Eyni zamanda İlqar Məmmədov başqa vaxtlar İsmayıllıya gəlməmişdi və o şəhərə gələn vaxt hər hansı iğtişaş olmayıb. İcra Hakimiyyəti başçısı Məmmədov şəhərə gələn vaxt jurnalistlərə deyib ki, bundan sonra İsmayıllıda heç bir hadisə baş verə bilməz, artıq hər şey arxada qalıb”.

Vəkil bununla yanaşı deyib ki, məhkəmə qərarının və istintaqın ittihamlarının əleyhinə olan video materiallar da ortadadır.

“Məhkəmədə İlqar Məmmədovun olduğu yerdə olan Unibankın bankomatının video materiallarına da baxılıb və birmənalı görünür ki, İlqar Məmmədovun İsmayıllıda olduğu vaxtda hər hansı hadisə baş verməyib. Hesab edirəm ki, Azərbaycan hökuməti hüquqi öhdəliklərinə sədaqətlə yanaşırsa Məmmədov tez bir zamanda həbsdən azad edilməlidir”, Ağayev qeyd edib.

XS
SM
MD
LG