Accessibility links

Vəkil: İlqar Məmmədov həyatı üçün təhlükə hiss edir


İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov dedi ki, o, həyatı üçün təhlükə hiss edir. Bu barədə vəkil Fuad Ağayev avqustun 2-də REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

“İlqar Məmmədovun bu fikrini təkzib etmək üçün ciddi əsaslar görmürəm. Amma, mən hazırda onun həyatına təhlükə ilə bağlı detallara da varmaq istəmirəm”, vəkil qeyd edib.

Ağayev bildirib ki, Məmmədovun bir sıra hüquqları təmin olunmur, o cümlədən də son bir həftədə telefonla danışmağa imkan yaradılmır.

“Bu məsələ, eləcə də bir neçə ay əvvəl İlqar Məmmədovun karserə (cərimə təcridxanası ) salınması ilə bağlı qərarın surətinin alınması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə görüşdük. Cəzaçəkmə müəssisəsinin rəhbəri telefonla danışıqla bağlı problemi həll edəcəyinə söz verdi. Nə qədər qəribə olsa da müəssisənin rəhbəri cərimə təcridxanasına salınma ilə bağlı qərarın surətini yalnız Penitensiar Xidmətdən ala biləcəyimizi dedi”, vəkil qeyd edib.

Xatırladaq ki, İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi Amerikanın Səsinə İlqar Məmmədovun həyatına təhlükənin olması və ya ona qarşı müəssisədə fiziki təzyiqlər edilməsi ilə bağlı xəbərləri təkzib edib.

“İlqar Məmmədov cəzasını qanunvericiliyin tələblərinə uyğun olaraq və insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir. Onun telefon danışıqları barədə deyilənlər də həqiqəti əks etdirmir. Məmmədov qanunvericiliyə uyğun olaraq telefonla danışmaq hüququndan mütəmadi olaraq istifadə edir”.

Karserə salınması ilə bağlı qərarın surətinin verilməməsinə gəlincə, icitimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, vəkil məhkəməyə müraciət edə bilər.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq İlqar Məmmədov və ya onun hüquqlarını müdafiə edən şəxs müəssisə rəhbərinin məhkumun cərimə təcridxanasına keçirilməsi barədə qərarından məhkəməyə müraciət edə bilər”, ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Vəkil Ağayev iyulun 30-da da İlqar Məmmədova qarşı həbsxanada hücum olduğunu bildirib. Vəkilin sözlərinə görə, son həftədə Məmmədova qarşı həbsxanada 2 dəfə hücum olub.

“Son iki həftəyədək belə bir hal baş verməmişdi. O şəxslər İlqar Məmmədovun boynunun arxasına əl ilə 3 zərbə endirib. Amma İlqar bəy müqavimət göstərməyib. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülmür", vəkil deyir.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. 2014-cü ilin martın 17-də o, məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovla bağlı 2014-cü ilin dekabrında və 2015-ci ilin martında qərar çıxarıb. Bu ilin iyununda isə aralıq qətnamə qəbul edilib. Bu 3 qərarda Avropa Məhkəməsi Azərbaycan hakimiyyətinə İlqar Məmmədovun dərhal azad olunmasına çağırış edir.

Buna baxmayaraq İlqar Məmmədov hələ də həbsdə saxlanılır.

Azərbaycan Ali Məhkəməsi isə 2015-ci il yanvarın 13-də İlqar Məmmədovun kassasiya şikayətinin baxışına başlayıb və işin baxılmasını təxirə salıb. Məhkəmə prosesi hələ də bərpa olunmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG