Accessibility links

“On-line ifadə təşəbbüsü” internet dissidentlərinə azadlıq tələb edir


Emin Milli
Emin Milli

Qurum hökuməti Emin Milli və Turqut Qəmbər, həmçinin digər İnternet-dissidentləri - Fərəməz Allahverdiyev, Vüqar Qonaqov və Zaur Quliyevi azad etməyə çağırır

“On-line ifadə təşəbbüsü” (“Expression Online İnitiative”) bloger Emin Milli və Bakıda 26 yanvar etiraz aksiyasının bir sıra digər iştirakçılarının həbsini pisləyib.

Emin Milli facebook sosial şəbəkəsi vasitəsilə etiraz aksiyasında iştiraka çağırış üçün 15 gün həbs cəzası alıb.

Digər gənc fəal – Turqut Qəmbər də eyni maddə üzrə təqsirli bilinərək, 2500 manat cərimə olunub.

Məhkəmə qərarlarında bildirilir ki, təqsirləndirilən şəxslər facebook vasitəsilə vətəndaşları qanunsuz mitinqlərdə və küçə yürüşlərində iştiraka çağırıblar.

Bundan başqa, yanvarın 12-də Bakıda əsgər ölümlərinə qarşı etiraz aksiyası zamanı bir sıra məşhur saytlar haker hücumuna məruz qalıb.

Hər şey prezident İlham Əliyevin ölkədə azad İnternet olması haqqında dəfələrlə səsləndirdiyi bəyanatlara ziddir.

Kampaniya Milli və Qəmbəri, həmçinin digər İnternet-dissidentləri – Fərəməz Allahverdiyev, Vüqar Qonaqov və Zaur Quliyevi azad etməyə çağırır.

“On-line ifadə təşəbbüsü” kampaniyası (“Expression Online İnitiative”) Azərbaycan Media Mərkəzi, RATİ və İnsan hüquqları Klubu tərəfindən Azərbaycanda İnternet sahəsində genişmiqyaslı araşdırmalar, bu sahədə qabaqcıl təcrübənin yayılması və İnternet azadlığının inkişafı məqsədilə ictimai dialoqu təşviq etmək məqsədilə həyata keçirilir
XS
SM
MD
LG