Accessibility links

iPhone 6 telefonları bu gün satışa buraxılıb


iPhone 6 telefonları bu gün Britaniya,Yaponiya, ABŞ və digər ölkələrdə satışa buraxılıb.

Minlərlə alıcı gedən növbələrə dayanıb, Çin kimi satışı gecikdirilən bəzi ölkələrin sakinləri telefonu əldə etmək üçün başqa ölkələrə səfər edib.

Apple bildirib ki, yeni telefonların ilk gün sifarişi 4 milyon təşkil edib. Bu, iki il əvvəl iPhone 5-in sifarişindən iki dəfə çoxdur.

12 santimetrlik telefonun qiyməti 199, 6 Plus-in isə 299 dollardır.

XS
SM
MD
LG