Accessibility links

Kerri: İranla nüvə razılığında çox yaxşı irəliləyişlər var [Yenilənib]


ABŞ dövlət katibi Con Kerri bildirib ki, son bir neçə gündə Vyanada İranla nüvə razılığına yönəlik çox yaxşı irəliləyişlər əldə olunsa da, müzakirəçilər hələ də bir neçə vacib məsələ üzərində razılaşmaq üzərində çalışmalıdırlar.

Bu gün keçirilən mətbuat konfransında cənab Kerri deyib ki, hələ razılığa yaxın olmadığımızı vurğulamalıyam.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar yalnız yaxşı razılıq istəyir və razılıq əldə olunmadan belə masanı tərk etməyə hazırdır. Dövlət katibi bildirib ki, yalnız razılıq əldə olunsun deyə, şərtlərdə heç bir güzəştə gedilməyəcək.

O, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin "tərəflər heç zaman razılığa bu qədər yaxın olmayıb" sözləri ilə razılaşdığını, ancaq hələ həll edilməli çox məsələnin qaldığını bildirib.

---------------------------------------

İran nüvə danışıqlarında müəyyən edilmiş son müddət - iyulun 7-si yaxınlaşdığı bir vaxt müzakirələri aparan 6 xarici işlər naziri son təkan üçün yenidən Vyanada görüşməyi planlaşdırır. Səhər saatlarında baş tutmuş görüşdə isə 2 mühüm sahədə irəliləyiş əldə olunduğu bildirilir.

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu gün yenidən görüş keçirəyi gözlənilsə də, digər xarici işlər nazirləri ekspertlərdən ibarət nümayəndə heyəti ilə birlikdə həftəsonu boyu keçirilən marafon görüşlərindən sonra Vyanaya qayıdıblar.

ABŞ rəsmilərinin sözlərinə görə, cənab Kerrinin bu gün danışıqlar barədə açılqama verəcəyi planlaşdırılır.

Məlumatlara görə, iki ciddi mübahisəli məsələsi barədə dönüş nöqtəsi olub: sanksiyaları azaldılması və İranın əvvəlki nüvə fəaliyyətinə nüvə silahl texnologiyasının inkişafının daxil edilib-edilməməsi barədə təhqiqata başlanması.

Mənbə Amerikanın Səsinə bildirib ki, tərəflər sanksiya məsələsində müvəqqəti razılığa gəliblər. Bununla yanaşı, rəsmilər xəbərdarlıq edir ki, nazirlər hələ razılığı təsdiq etməlidir.

XS
SM
MD
LG