Bazar ertəsi günü, 03 Avqust, 2015 Yerli vaxt 22:06

İran Azərbaycanı

Təbrizdə zavod işçiləri aksiya keçirib

Səkkiz aydır maaş almayan Təbriz Traktor zavodu (Traktorsazi) sənaye makinaları işçiləri Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə etiraz aksiyasi keçirərək gecikmiş maaşları, habelə sığorta haqlarını tələb ediblər.

“250 sənaye makinaları işçisinə səkkiz aydır maaş verilməyib. Bundan əlavə istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan məsullarının məsələyə laqeyd yanaşması işçilərə etiraz aksiyasi keçirməkdən başqa çarə buraxmayıb,” deyə qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə İLNA xəbər agentliyiə müsahibəsində söyləyib.

Sadiqzadənin sözlərinə görə, işçilər geçikmiş maaşları ilə bərabər, sosial sığorta kartının uzadılması və vilayət məsullarının zavodun  problemlərinə diqqət göstərməsini tələb edir.

İşçilər həmçinin dekabrın 18-də Şərqi Azərbaycan Valiliyi önündə də bənzər aksiya təşkil etmişdilər.

Əmək Koalisiyasının katibi problemlərin hökümət tərəfindən yürüdülən yanlış siyasət nəticəsində ortaya çıxdığını qeyd edib.
Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

AMERİKANA

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
Amerikana: Filadelfiya - İstiqlaliyyətin beşiyii
X
Emil Quliyev
03.07.2015
Filadelfiya şəhəri ilk konstitusiyalı demokratiya olan ABŞ-ın müstəqilliyi ilə bağlı bir çox tarixi hadisələrin vətənidir
Video

Video Amerikana: Filadelfiya - İstiqlaliyyətin beşiyi

Filadelfiya şəhəri ilk konstitusiyalı demokratiya olan ABŞ-ın müstəqilliyi ilə bağlı bir çox tarixi hadisələrin vətənidir
Video

Video Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələri

Amerikana proqramının növbəti buraxılışında ABŞ dövlətinin banisi Corc Vaşinqtonun yaşadığı evdə qonağıq.
Video

Video Amerikana: Vaşinqtonda "Uşaqlar üçün Novruz"

"Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi bu mərasim əyləncə ilə yanaşı maarifləndirici xarakter daşıyıb
Video

Video Amerikana: Azərbaycanlıların Off-Roading həyəcanı

Hətta amerikalıların özləri üçün o qədər də populyar olmayan bu əyləncə növü ABŞ paytaxtı yaxınlığında yaşayan azərbaycanlıların marağını cəlb edə bilib
Sorğu arxivi

BLOGLAR