Accessibility links

İran səfirliyi: Bəzi muzdurlar Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə ittiham etməyə çalışır


İranın Azərbaycandakı səfirliy iki ölkə və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayaraq, Allahdan Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyir, onların ailələrinin qəminə şərik olduğunu bildirir və ümid edir ki, bütün dost ölkələrdə yaranan ixtilaflar dinc şəkildə, ağsaqqalların təcrübələrindən və məsləhətlərindən bəhrələnərək öz həllini tapsın və biz də dost və qardaş ölkələrdə sabitlik və əmin-amanlığın bərqərar olmasına şahid olaq. Bu barədə İranın Azərbaycandakı səfirliyinin Nardaran hadisələri ətrafında edilən təbliğat hücumları ilə əlaqədar bəyanatında deyilir.

Səfirlik qeyd edir ki, bu İranın Nardaran hadisələri ilə əlaqədar yeganə açıqlaması bəyanatdır və bundan əvvəl İranın Azərbaycandakı səfiri və ya səfirliyin əməkdaşları bununla əlaqədar heç bir açıqlama verməyib.

Səfriliyk təəssüflə bildirir ki, bir-neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi medialar və hətta millət vəkilləri birbaşa və dolayısı ilə İranı ittiham və bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başlayıblar.

İran səfirliyi hadisələrin ilk günündən başlayaraq səbr və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışıb, lakin artıq ölkəmizin ləyaqəti və qüruru hücuma məruz qaldığı üçün ictimai fikri aydınlatmaq məqsədilə aşağıdakıları diqqətinizə çatdırır:

- İran bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib.

“İranın beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İranı qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir”, sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb.

“İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olub. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur”.

Sənəddə qeyd olunur ki, Azərbaycanın bəzi media orqanları Həzrət Ayətullah Nuri Həmədaninin Azərbaycan xalqı ilə görüşündə bir-neçə nəfərin onun əlini öpməsi səhnələrini nümayiş etdirməklə həmin şəxslərin İranla əlaqəli olduğunu göstərməyə çalışırlar.

“Din alimlərinə hörmət və ehtiram nümayiş etdirmək islam dini yarananandan bəri adət olub və hətta Azərbaycan xalqı da müxtəlif zamanlarda Ayətullah Lənkərani, Ayətullah Ordubadi, Ayətullah Badkubeyi, Ayətullah Gəncəvi, Ayətullah Qubayi və sair böyük din alimləri və müctəhidləri ilə görüşdükdə onlara qarşı ehtiram göstərərək əllərini öpmüşlər. Ayətullah Nuri Həmədaninin Azərbaycana səfəri zamanı da bu ölkənin yüzlərlə ləyaqətli və imanlı şəxsi ona qarşı hörmət göstərib və əgər onun səfər müddəti daha çox olsaydı bu rəqəm minlərlə nəfərə çatardı. Bu cür hörmət və ehtiram nümayiş etdirmək heç bir vəchlə onların başqa bir ölkəyə bağlı olması kimi hesab edilə bilməz. Ayətullah Nuri Həmədani Bakıda əhali ilə görüşərkən çıxış etmiş və çıxışında bildirmişdir ki, “şiənin qanı coşmalıdır, sizin qanınız isə Qarabağın azad olunması uğrunda coşmalıdır.” Belə bir sözü deyən şəxsə Azərbaycan xalqı ehtiram göstərməməlidirmi? Tehran-Bakı münasibətlərinə xələl gətirmək məqsədilə dini müqəddəslərə hörmətsizlik edənlər tənqid olunmamalıdırlarmı?” səfrilik sual edir.

Bəyanatda təəssüf edilir ki, bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar.

“Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl islam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmamış və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınır. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edir. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidir”, səfrilik bildirir.

Rəsmi Bakı hələ səfirliyin bəyanatına münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG