Accessibility links

İŞİD-dən qurtuluş


Dünya liderlərinin İraq və Suriyada İŞİD-ə qarşı mübarizə yollarını müzakirə etdikləri bir vaxt iki gənc qızın yaraqlılar üzərində şəxsi qələbəsi diqqətləri cəlb edib.

17 yaşlı Samirə və 14 yaşlı Səmia yəzidi azlığınından olan ailə üzvləri ilə bərabər Tal Azardakı evlərindən didərgin düşür. Dağlarda sığınacaq axtaran bu insanlar İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınır.

Kişiləri ayırdıqdan sonra qızlar digər qadın və uşaqlarla yük maşınına mindirilir, Mosula aparılmazdan əvvəl bir çox yerlədən keçirilir.

“Bir binadan başqasına köçürüldükcə, sayımız azalırdı. Əvvəlcə 7 ilə 11 yaşlar arasında oğlanlar yoxa çıxırdır”-deyə Samirə acı xatirələrini bölüşür.

Daha sonra qızlar qadınlardan ayırılır. Samirə deyir ki, şeyxlərdən biri onlara ərə verilib, islamı qəbul etməyə məcbur ediləcəklərini, tabe olmayanların öldürüləcəyini bildirib.

Hər dəfə otağa bir qrup kişi girir, qızları seçib aparırdı. Qızlar Mosulda iki həftə saxlandıqdan sonra Fəllucəyə aparılır və hərəsi bir kişiyə təhvil verilir.

Tarixin ən genişmiqyaslı etnik təmizləməsi

Amnesty International İŞİD-I qeyri-ərəb və qeyri-sünnilərə qarşı qəddar kampaniya aparmaqda günahlandırır. Təşkilat bunu tarixin ən yüksək səviyyəli etnik təmizləməsi kimi qiymətləndirir.

İŞİD tərəfindən minlərlə insan kütləvi qırğınlar, baş kəsilmələrinə məruz qalıb, çarmıxa çəkilib.

Kişilərin kütləvi şəkildə qətli ilə yanaşı, qadınlar İslam Dövlətinin spesifik hədəfinə çevrilib.

Vaşinqtonda yerləşən Gender Bərabərliyi Mərkəzinin direktoru Serra Sippelin dediyinə görə, İŞİD qadınların zorlanması və məcburi şəkildə ərə verilməsi ilə onları zorakılıqlara məruz qoyur.

Zorlama bir çox mədəniyyətlərdə hələ də həssas problem olaraq qalır. Cinayətkarlar bu utancın qurbanlarının susmağa məcbur edəcəyini yaxşı bilir.

Sippelin dediyinə görə, qadın və qızların üzləşdiyi böhranın həllinə diqqət verilməlidir.

Sippel iyun ayında Londonda təşkil edilən “Münaqişələr zamanı seksual zorakılqılara son qoyulmasına dair sammit”in işini yüksək qiymətləndirərək, bunun yaxşı bir başlanğıc olduğunu deyib.

"Başımıza nə gəlsə, bərabər gələcək "

Qızlar bir həftə Fəllucədə atılmış bir evdə özlərini Əbu Həsən və Əbu Cəfər kimi qələmə verən iki kişi, onlar evdə olmadıqlarında isə nökərləri Əbu Vəddah tərəfindən nəzarətdə saxlanır.

Səmia və Samirə döyülmələrinə baxmayaraq, kişilərin seksual təzyiqləri kimi imtahandan qürurla çıxdıqlarını deyir.

Qızlara ataları və ya qardaşlarına zəng edib onları xilas etmək üçün telefon verilir. Lakin onlar bunun tələ olduğunu başa düşür. Qızlar Bağdadakı yəzidi bir dostlarına zəng edir.

Və biri-birinə belə bir söz verir: “Başımıza nə gəlsə, bərabər gələcək.”

Evə qayıdış

Fəllucədə ikən qızlar qaçış planı hazırlayır. Bir gecə tək olanda evdən tapdıqları çadralara bürünərək, qapını sındırıb qaçırlar.

Dostların dostları onlara sığınacaq verir. Daha sonra sürücü və saxta sənədlər tapıb, qızların Bağdada qaçışını təmin edirlər.

İndi qızlar təhlükədən uzaqdır. Amma yaraqlıların əlində hələ nə qədər gənc qızın qaldığı bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG