Accessibility links

İslam Dövləti britaniyalı girovun da başını kəsdi


İslam Dövləti qrupunun britaniyalı humanitar yardım işçisinin başını kəsməsindən sonra Böyük Britaniya baş naziri Deyvid Kameron qrupun yaratdığı təhlükəyə son qoyacağına söz verib.

Cənab Kameron Deyvid Heynesin öldürülməsini göstərən videonun yayılmasından bir gün sonra bu gün paytaxt Londonda danışıb.

O deyib ki, iki uşaq atası, 44 yaşlı Deyvid ağlagələn ən qəddar üsulla qətlə yetirilib. Baş Nazir İslam Dövləti qrupunu "şeytanın təcəssümü" adlandırıb. O, Heynesin öldürlənlərin ələ keçiriləcəyinə və ədalət qarşısında cavab verəcəyinə söz verib.

Cənab Kameron deyib ki, İslam Dövləti Avropaya hücum etməyi planlaşdıran fanatik təşkilatdır. O, deyib ki, qrupun üzvlərinin İslam adından istifadə etməsinə baxmayaraq, onlar "müsəlman deyillər, onlar əcaib məxluqlardır".

Deyvid Kameronun sözlərinə görə, Britaniya İslam Dövləti təhlükəsinə qarşı çıxmalıdır və bunu Uraq və Kürd regional hökumətləri ilə birgə çalışaraq həyata keçirməlidir. O deyib ki, qrupdan qaçan adamlara hümanitar yardım göndərilməsi və ABŞ İslam Dövlətinə qarşı hərbi əməliyyatlarına dəstək verilməsi davam etdirilməlidir.

İslam Dövlətinin yaydığı videoda Heynesin boyununu vuran cəllad Britaniya baş nazirini qrupa qarşı mübarizədə ABŞ-ı dəstəkləməkdə ittiham edir. O xəbərdarlıq edir ki, qərar Britaniya xalqını yeni qanlı və qələbəsi mümkün olmayan müharibəyə sürükləyəcək.

XS
SM
MD
LG