Accessibility links

İslam Dövlətinin yapon girovlardan birinin başını kəsdiyi iddia edilir


Japan Islamic State
Japan Islamic State

Yaponiya hökuməti girov götürülən iki yapondan birinin İslam Dövləti tərəfindən öldürüldüyünü göstərən videonun həqiqiliyini yoxlayır.

Videoda yapon kişilərdən biri, jurnalist Kenji Qoto əlində digər girovun şəklini tutur. Buradan başı kəsilən girovun Haruna Yukava olduğu anlaşılır.

Yaponiya hökuməti bu mesajın bağışlanmaz olduğunu bildirsə də, videonun tam həqiqiliyi barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda Suriya və İraqın üçdə birinə nəzarət edən İslam Dövləti qrupu 72 saat ərzində 200 milyon dollar verilməyəcəyi təqdirdə girovların başının kəsiləcəyini bildirmişdi.

XS
SM
MD
LG