Accessibility links

Vəkil İsmayıl Şaxtaxtinski "Green card" lotereyasını izah edir [Video-müsahibə]


İsmayıl Şaxtaxtinski ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:57 0:00

Dövlət Departamentinin "Green card" kimi tanınan müxtəliflik immiqrasiya vizası proqramı ilə hər il dünya ölkələrindən minlərlə insan Amerikada daimi yaşayış hüququ qazanır. Dövlət Departamentinin lotereya sistemi üzrə müxtəlif ölkələrin vətəndaşları arasında yaşıl kart alan şəxslər müəyyən edilir. Hüquq doktoru, Amerika vəkillər kollegiyasinin üzvü, vəkil İsmayıl Şaxtaxtinski Amerikanın Səsinə müsahibədə müxtəliflik immiqrasiya vizası proqramının məqsədi və müraciət qaydalarından danışır.

Lotereyada necə iştirak etmək olar?

“Proqramda hamı iştirak edə bilər. Dövlət Departamenti hər il hansı ölkə vətəndaşlarının iştirak edə bilməcəyini müəyyən edir. Amerikaya 50 mindən çox insanın mühacirət etdiyi ölkələrin vətəndaşları bu proqramda iştirak edə bilməz. Azərbaycan adətən bu siyahıda olmur və vətəndaşlar müracitə edə bilər. İldə dünya boyu 85 min adam “yaşıl kart” qazanır. Onların bəzisi müsahibədən keçmir, bəziləri müraciət edib sonra maraq göstərmir. Qanuna görə ildə 55 min adama "Green card" verilməli və daimi yaşayış statusu təmin edilməlidir. Ona görə də 85 min uduş olur, amma ondan təxminən 55 mini keçir.”

İmmiqrasiya Vizası proqramı haqda məlumatları haradan almalı

Son illər bəzi özəl şirkətlərin lotereyada iştirak üçün insanlardan müraciətlər aldığı, lakin sonradan iştirak edən şəxslərin nəticələri öyrənə bilmədiyi haqda məlumatlar verilir. Belə hadisələrin baş verməməsi üçün nə etmək lazimdir?

"Təəssüflər olsun ki, bəzi insanlar və qruplar "Green card" lotereyasından sui-istifadə edərək, kimin üçünsə anketləri doldurub, sonra nəticələr haqda məlumatlar vermir, ya da məlumatı böyük məbləğdə pula satırlar. Bu qanunsuzdur."-Vəkil İsmayıl Şaxtaxtinski

İsmayıl Şaxtaxtinski:”Bu hallarla bağlı Dövlət Departamenti özü də dəfələrlə veb səhifəsində məlumatlar verib, email-lər göndərib. Biz də immiqrasiya vəkilləri insanları bu barədə məlumatlandırmağa çalışırıq. Bu işləri fırıldaq yolu ilə görən şirkətlər və şəxslər var. Onu bildirmək istəyirəm ki, "Green card" lotereyası pulsuzdur, yəni orada heç bir rüsum yoxdur, və bu, çox sadə bir prosesdir. Aplikasiyanı doldurmaq lazımdır, bioqrafik məlumatlar, ad, familiya, doğum tarixi, uşaqlar haqda informasiyanı göstərmək lazımdır. Bunun üçün heç kimə pul ödəmək lazım deyil. Birinci, bunun qarşısını almaq üçün müraciətçilər başa düşməlidir ki, bu, çox sadə bir prosesdir, bioqrafik məlumatları yazmaq lazımdır, ona görə heç bir xidmətən istifadə etmək lazım deyil, heç kimə pul vermək lazım deyil. Təəssüflər olsun ki, bəzi insanlar və qruplar "Green card" lotereyasından sui-istifadə edərək, kimin üçünsə anketləri doldurub, sonra nəticələr haqda məlumatlar vermir, ya da məlumatı böyük məbləğdə pula satırlar. Bu qanunsuzdur. Amerika daxilində hökumət tərəfindən, qanunvericiri orqanlar tərəfindən buna qarşı əməliyyatlar aparılır, amma Amerikanın xaricində təəssüf ki heç bir şey etmək olmaz. Mən bir neçə dəfə Dövlət Departamentində bu məsələni qaldırmışam, amma mənə deyiblər ki, bizim xarici ölkələrdə adamlara, qruplara qarşı bir iş görmək üçün yurisdiksiyamız çatmır.”

Müraciət edildikdən sonra hansi müddət gözləmək və nə etmək lazimdir?

"Saxta veb saytlar da var. Əslində DV Lottery yazılır. Onu yazanda internetdə ilk olaraq Dövlət Departamentinin səhifəsi çıxır. Başqa "Green card" lotereya saytları var, onlar saxtadır."-Vəkil İsmayıl Şaxtaxtinski

“Müraciət etdikdən sonra heç bir şey etmək lazım deyil. Müraciət edəndə təsdiq nömrəsi verilir. O təsdiq nömrəsi çox vacibdir. Hətta kiminsə xidmətindən istifadə etdilərsə, təsdiq nömrəsini mütləq tələb etməlidirlər. Çünki yalnız o təsdiq nömrəsi olarkən adam öz nəticəsini görə bilər ki udub, ya udmayıb. Adətən, təxminən 7 ay çəkir. May ayında kimin udub-udmadığı haqda məlumatı dərc edirlər. Həmin o təsdiq nömrəsi ilə müraciətçi Dövlət Departamentinin veb saytına baxmalıdır. Onu da bildirmək istəyirəm ki, saxta veb saytlar da var. Əslində DV Lottery yazılır. Onu yazanda internetdə ilk olaraq Dövlət Departamentinin səhifəsi çıxır. Başqa "Green card" lotereya saytları var, onlar saxtadır. DV Lottery saytında təxminən may ayında təsdiq nömrəsini yazıb müraciətçi nəticəni öyrənə bilər.

Təsdiq nömrəsini alandan sonra nə etməli

“Əgər kimsə lotereyada udubsa, elə həmin veb saytda təlimatlar verilir. Burada hansı addımların atılmalı olduğu göstərilir. Addımlar sadədir. İmmiqrant vizası üçün internetdə anketlər doldurulmalıdır. Sonra konsulluğa intervyuya çağırırlar. Uduşdan sonra o proses bir qədər uzun çəkir. Bəzən anketləri doldurub "Green card" almaq üçün proses 7 aydan bir ilə qədər çəkir.

Lotereyanin məqsədi

“Lotereyanın əsas məqsədi odur ki, Amerika immiqrantlar ölkəsidir. Amerikanın əsasını qoyanlar, Amerikanı quranlar immiqrantlardır və belə deyirlər ki, bu, ədalətsizlikdir ki, keçmişdə bura gələn adam avtomatik olaraq burada vətəndaş ola bilərdi. Gəmi ilə Amerikaya heç bir lotereya udmadan, qeyri-adi bacarığı olmasına dair heç bir sübut göstərmədən, milyon dollarlıq investisiya etmədən gələ bilərdilər. Amma indi Amerikaya mühacirət etmək üçün nəyəsə əsas olmasına dair qanunlar var. Ona görə, yəni Amerikanın immiqrantlar ölkəsi ruhunu saxlamaq üçün, Amerikanın hər bir insan üçün açıq olduğunu saxlamaq üçün bu lotereya keçirilir. Əlbəttə, Amerika dövləti bütün dünyadan heç bir əsas olmadan qapılarını bütün mühacirlər üçün aça bilməz. Xaos yaranar. Amma simvolik olaraq çalışılar ki, hər bir insan hiss etsin ki, Amerikaya gəlib qala bilmək şansı var. Yəni dünyanın harasında yaşamasından asılı olmayaraq, nə etdiyinə və kim olduğuna, hansı imkanlara malik olduğuna baxmayaraq Amerikaya gəlmək kimi bir şansı olsun. Ona görə də proqramın adı “diversity”, yəni fərqlilik adlanır. Çalışırlar ki, fərqlilik yaratsınlar, yəni gələnlər təkcə alimlər, investorlar olmasın, hər bir adamın Amerikaya gəlmək imkanı olsun.

Bəxtəbəxt, yoxsa xüsusi seçim?

"Ona görə deyirəm ki, bu, bəxtəbəxtdir, elə bir seçim yolu yoxdur, yalnız bəxtəbəxtdir."-Vəkil İsmayıl Şaxtaxtinski

“Burada heç bir xüsusi seçim yoxdur. Bu barədə çox dedi-qodular da var ki, Amerikada bəlkə də seçim edirlər, baxırlar kimdir udan. Yox, tamamilə yox. Çünki bu kompyuter sistemidir. Elə bir şey olsa idi, orada bir seçim olsa idi, onun üstü açılardı. İllərdir bu proqram gedir. Onu da deyim ki, iki il bundan əvvəl kompyuter proqramında bir səhv olmuşdu. Ona görə də proqram ləğv edildi. Dövlət Departamentində böyük xaos yaranmışdı ki tam bəxtəbəxtlik olmayıb, bir problem çıxmışdı, sistemdə problem var idi. Dövlət Departamentinə qarşı bu proqramla bağl böyük təzyiqlər oldu.

Green card lotereyasına qeydiyyatla bağlı Azərbaycan dilində ətraflı məlumatı vəkil İsmayıl Şaxtaxtinskinin Amerikavekil.com veb səhifəsində tapmaq mümkündür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG