Accessibility links

Qərb İsraillə Fələstin arasındakı müharibəyə son qoymağa çalışır


BMT diplomatları Birləşmiş Ştatlarla Avropa Birliyinin İsraillə Qəzza Zolağındakı Həmas arasında döyüşlərin dayandırılması yolunda danışıqlar apardığını deyir.

Cümə axşamı tərəflərin hazırladığı iki səhifəlik sənəddə deyilir ki, Həmas raket hücumlarını, İsrail isə hərbi əməliyyatlarını təcili olaraq dayandırmalıdır. Bu hücumlar nəticəsində son 6 həftə ərzində 2050 fələstinli və 67 israilli ölüb.

Sənəddə deyilir ki, İsrailin Qəzzaya qarşı uzun müddətdir tətbiq etdiyi blokadanı götürülməli, bütün sahilyanı sərhədləri açılmalı və İordan Çayının Qərb Sahilinin nəzarəti Fələstin administrasiyasına verilməlidir.

Sənədə əsasən atılan addımları izləmək üçün bölgəyə beynəlxalq monitorinq qrupu göndəriləcək. Sənəddə eləcə də, Həmasa silah yardımı və tunellərdən istifadəyə qadağa qoyulduğu və Qəzzaya daxil olan bütün malların nəzarətdən keçiriləcəyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG