Accessibility links

İsrail Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib


İsrail polisi bazar günü bir fələstinlinin iki israillini qətlə yetirməsindən sonra Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib.

Şənbə günü gecə həyata keçirilən hücum zamanı digər iki şəxs bıcaq yarası alıb.

İki gün qüvvədə olacaq qadağa şəhərdə yaşayan, işləyən və ya oxuyanlara şamil edilmir.

Daha bir məhdudiyyət Əl-Aqsa məscidinin yerləşdiyi bölgəyə tətbiq edilib. Bu bölgəyə 50 yaşından aşağı kişilər buraxılmır. Qadınlara yaş məhdudiyyəti tətbiq edilməyib.

Fələstin hökuməti İsrailin bu addımını pisləyib.

XS
SM
MD
LG