Accessibility links

Vladimir Jirinovski və Moskva meri Azərbaycana gəlib


Prezident İlham Əliyev və Vladimir Jirinovski
Prezident İlham Əliyev və Vladimir Jirinovski

Prezident İlham Əliyev sentyabrın 26-da Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü Vladimir Jirinovskini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Jirinovski heç də Azərbaycanda müsbət imicə malik olan Rusiya deputatı kimi xarakterizə edilməyib. O zaman-zaman Azərbaycanı kəskin tənqid edib və bəzən də Azərbaycana qarşı çıxışlarında təhqirlərə yol verib.

Lakin son aylarda Jirinovski Azərbaycan prezidenti və ölkənin Rusiyaya münasibəti ilə bağlı müsbət çıxışlar etməyə başlayıb.

Bununla yanaşı Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra bu ölkənin digər rəsmi şəxsləri də Azərbaycanın xeyrinə danışır və Azərbaycana intensiv səfərlər edirlər. Hətta bəzi rəsmi şəxslər Rusiyanın Azərbaycandan ərzaq məhsulları ixracını artması üçün maneələrin aradan qaldırılmasının zəruriliyini diqqətə gətirib.

Prezident İlham Əliyev və Moskva meri Sergey Sobyanin
Prezident İlham Əliyev və Moskva meri Sergey Sobyanin

Sentyabrın 25-də isə Moskva şəhərinin meri Sergey Sobyaninin Azərbaycanda səfərdə olub.

Azərbaycan prezidenti Sergey Sobyaninin ilə görüşündə Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.

Moskva meri də ticarət dövriyyəsinin artmasının önəmini vurğulayıb. “Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlər var”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG