Accessibility links

Amerika əfsanəsi - Cudi Qarlend [Video]


Amerika əfsanəsi - Cudi Qarlend
please wait

No media source currently available

0:00 0:04:36 0:00

Aktrisa Cudi Qarlendi “Oz ölkəsinin sehrbazı” filmindəki Doroti Qeyl obrazı superulduza çevirdi. Ən yadda qalanı isə Cudinin “Göy qurşağı üzərində” mahnısının ifası idi. Bu ifa hit musiqiyə çevrildi. Amerika Film İnstitutu onu bir nömrəli film musiqisi adlandırdı. “Ulduz Doğulur” şousunda "Baqajda doğulmuş" mahnısını ifa edən Cudi əslində özü haqda oxuyurdu.

Əsl adı Frensis Etel Qamm olan Cudi Qarlend ilk dəfə səhnəyə 1924-cü ildə atasının teatrında çıxır. İki yaş yarım olan Cidi bacısının iştirak etdiyi musiqili tamaşada “Cingl Bell” mahnısını ifa edir. Artıq tamaşaçılar tərəfindən qismən tanınan və diqqət mərkəzində olan Cudi Qarlend 1935-ci ildə MGM film studiyası ilə kontrakt imzalayır. O vaxtlar onun ifa etdiyi “Sən mənə səni sevməyi öyrətdin” mahnısı dillərdə əzbər olur.

Cudi Qarlend günü-gündən məşhurlaşmaqda davam edirdi. 1937-ci ildən başlayaraq o, gənc Mikki Roniyə birlikdə bir neçə filmə çəkilir. Onun kamera qarşısındakı zərif və ehtiraslı ifası son dərəcə cazibədar idi. Lakin Studiyanın müxtəlif hormonlarla böyütdüyü Cudi Qarlend ekran qarşısında özünü rahat hiss etmirdi.

1944-cü və 45-ci illərdə Vinsent Minellinin çəkdiyi “Seint Luisdə görüşərik” və “Saat” filmlərindən sonra Cudi özünün də xoşuna gəlir. Birinci həyat yoldaşı Devid Rosdan ayrılan Cudi Minelli ilə evlənir və 1946-cı ildə onların Liza adlı qızları doğulur.

Cudi Qarlend “Pirat”, “Pasxa Paradı”, “Ulduz doğulur” kimi MGM-in bir sıra musiqi filmlərində parlayır. Həmin hekayə 1937-ci ildə Canet Qaynorla, 1976-cı ildə Barbara Streysendlə ekranlara çıxıb. Amma "Əldən Çıxan Kişi" dünyanın yaddaşına Cudi Qarlendlə həkk olunub.

Cudi Qarlendin son filmi 1963-cü ildə çəkilən “Mən oxumağı davam edə bilərdim” filmi idi. Bundan bir il sonra o, Mark Herronla nişanlanır və 1965-ci ildə ona ərə gedir.

Cudi həyatının yeni səhifəsini açır və canlı konsertlər verməyə başlayır. 1959-cü ildə ona hepatit diaqnozu qoyulmasından və onun bir daha oxumasının mümkün olmayacağı deyilməsindən sonra belə, o, müalicə olunur və 1961-ci ildə Karnegi səhnəsində konsert verir. Bu, şou-biznes tarixində ən yaddaqalan gecələrdən biri olur.

1967-ci ildə Cudi beşinci dəfə Mikki Dins adlı şəxsə ərə gedir. Lakin elə həmin ilin iyun ayının 22-də onların evlilik həyatına son qoyulur. Londonda kirayə qaldığı evdə Cudi Qarlendin cəsədi tapılır. Ölümün səbəbi kimi uşaqlıq illərindən bəri alışdığı hormonların dozasının artıq düşməsi göstərilir.

Cudi Qarlend yaddaşlarda Hollivudun ən parlaq ulduzlarından biri olaraq qalır. “O, əfsanədir. Çünki o, həmişə Doroti olacaq, ürəklərimizdə olacaq” - deyə, aktrisanın qızı Lorna Luft bildirir.

XS
SM
MD
LG