Accessibility links

“Azərbaycan Türkiyədən sonra ən çox jurnalist həbsdə saxlayan ölkədir” [Müsahibə]


CPJ
CPJ

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunduğu bir vaxt baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Müzəffər Süleymanov Amerikanın Səsinə müsahibəsində ölkədə jurnalistlərin və media qurumlarının üzləşdiyi problemlərdən danışıb. Problemlərə görə Əliyev hökumətinin məsuliyyət daşıdığını vurğulayan cənab Süleymanov Azərbaycanın regionda ən çox jurnalisti həbsdə saxlayan ikinci ölkə olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsində sədrliyinə baxmayaraq Azərbaycanda jurnalistlərin hələ də həbsdə qalması təəssüfedici haldır.

Müzəffər Süleymanovla müsahibəni təqdim edirik:

Daniil Kislov, Müzəffər Süleymanov
Daniil Kislov, Müzəffər Süleymanov

Amerikanın Səsi: İyunun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Jurnalistlərin Müdafiə Komitəsi bu gün ölkədə mətbuat azadlığının durumunu necə qiymətləndirir?

Müzəffər Süleymanov: Təəssüf ki, bu gün Azərbaycanda medianın azad olduğunu deyə bilməyəcəyəm. Ölkədə Milli Mətbuat Gününün qeyd olunduğu bir vaxtda deməliyəm ki, Azərbaycan rəsmiləri jurnalistlər və mətbuat orqanları üçün liberal media iqlimi yaratmaqdansa, onlara təzyiqlər göstərir. Təəssüf ki, Azərbaycan hətta Avropa Şurasının Nazirlər Komitəsinə rotasiyalı sədrliyə başlayandan sonra belə bu əməllərini davam etdirir. Xatırlatmaq istəyirəm ki, bu, hökumətlərarası qurumdur və qurumun mandatı insan haqlarını müdafiə etməkdir.

Amerikanın Səsi: Jurnalistlərin Müdafiə Komitəsi hansı spesifik sahədən narahatdır?

Müzəffər Süleymanov: Ölkədə media sahəsində çox narahatedici məsələ var. Onlardan biri jurnalistlərin həbsdə olmasıdır. Bildiyimiz qədər ölkədə ən azı doqquz jurnalist həbsdədir. Bu, başlıca narahatlıqlardan biridir. Azərbaycan Avropa və Mərkəzi Asiyada Türkiyədən sonra ən çox jurnalist həbsdə saxlayan ölkədir. Jurnalistlər xuliqanlıqdan tutmuş narkotik saxlamağadək müxtəlif gülünc ittihamlarla üzləşir. Bu yolla onlar ölkədə çalışan digər jurnalistlərə də təhdid mesajı göndərirlər ki, siz korrupsiyanı araşdıra, insan haqlarının vəziyyəti barədə danışa və prezident də daxil olmaqla ölkə rəsmilərini tənqid edə bilməzsiniz. Çünki belə etsəniz həbs olunacaqsınız.

Bu jurnalistlər xuliqanlıqdan tutmuş narkotik saxlamağadək müxtəlif gülünc ittihamlarla üzləşir. Bu yolla onlar ölkədə çalışan digər jurnalistlərə də təhdid mesajı göndərirlər ki, siz korrupsiyanı araşdıra, insan haqları vəziyyəti barədə danışa və prezident də daxil olmaqla ölkə rəsmilərini tənqid edə bilməzsiniz.
Müzəffər Süleymanov

Amerikanın Səsi: Azad mətbuat probleminə görə hökumət nə dərəcədə məsuliyyət daşıyır?

Müzəffər Süleymanov: Konstitusiyaya görə, bütün hökumətlər ölkənin daxilində ifadə azadlığının təminatçısı olmalıdır. Və əgər siz hökumətin ən azı doqquz jurnalisti həbsdə saxladığını görürsünüzsə, bu addımlara görə kimin məsuliyyət daşıdığını aydın şəkildə müəyyən etmiş olursunuz.

Amerikanın Səsi: Ölkədə beynəlxalq media institutlarının fəaliyyətinə qadağa var. Belə bir qadağa ləğv edilsə, bu, ölkədə mətbuat azadlığının durumunun yaxşılaşmasına kömək edə bilərmi?

Müzəffər Süleymanov: Bəli, ancaq bu, atılmalı addımlardan yalnız biridir. Məsələ təkcə beynəlxalq media qurumlarının fəaliyyətinə icazə verilməsində deyil, çünki ölkədə qalıb orada baş verənləri çatdıranlar yerli jurnalistlərdir. Heç bir məhdudiyyət olmadan yerli medianın fəaliyyəti üçün şərait yaradılmalıdır. Yerli jurnalistlər təhdidlə üzləşməməlidirlər.

Ancaq, bəli, beynəlxalq media qurumlarının ölkə daxilində yayımına icazə verilməsi vəziyyətin yaxşılaşması istiqamətində atılmalı olan vacib addımlardan biridir.

Amerikanın Səsi: Sizin təşkilatınız Azərbaycanda mətbuat azadlığının yaxşılaşması istiqamətində hansı addımlar atır?

Müzəffər Süleymanov: Biz jurnalistlərin həbsindən tutmuş Azərbaycan hökumətinin qəbul etdiyi son dərəcə mürtəce qanunlara qədər bütün repressiyaları sənədləşdirməkdə davam edirik. Bundan başqa biz Azərbaycan hökumətini və onların Avropa Şurasındakı həmkarlarını bu məsələlərə biganə yanaşmamağa çağırırıq. Biz həmçinin həbsdə olan jurnalistləri dəstəkləyərək rəsmiləri onları azad etməyə çağırırıq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG