Accessibility links

Kapitoli yolka ağacı [Video]


Kapitoli yolka ağacı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

22 metr yüksəkliyində, 90 yaşı olan Lutz ağacı Alyaskanın Çuqaç Milli meşəsindən gətirilib. Üç həftə əvvəl kəsilən ağaç Alyaskadan Vaşinqton ştatının Takoma şəhərinə gəmiylə və daha sonra isə yük maşınında ABŞ paytaxtına gətirilib.

Yük maşınının sürücüsü Con Sçank bildirir ki, hər gün 6-7 saat sükan arxasında olsa da o, bundan böyük zövq alıb.

Con Sçank: ”Çox gözəl təcrübə idi. Həyatda bir dəfə baş verir. Belə təklifə yox deyə bilmirsən.”

Bu, ilk dəfədir ki, Alyaska ştatı Kapitolini Milad ağacı ilə təmin edir.

Terri Markeron: “Bu ağac təkcə Çuqaç Milli meşəsi deyil, həm də Alyaska sakinlərini təmsil edir. Lakin buraya gətirildikdən sonra ağac artıq bütün Birləşmiş Ştatlar xalqını təmsil edir.”

Milli Meşə Xidmətləri Kapitolini1970-ci ildən bəri hər il yolka ağacı ilə təmin edir.

Kapitoli bağına nəzarət edən Teodor Beçtol “Xalqın Ağacı” adını izah edir.

Teodor Beçtol: “Biz onu xalqınağacı adlandırırıq, çünki bu, hamının təmsil olduğu hökumətdir. Bura xalqın evidir və hər il ölkənin fərqli yerlərindən buraya ağac gətirilir. Həmin yerlərdə xalq bunu dəstəkləyir. Bu möhtəşəm bir şeydir.”

Ağacın daşınması bir sıra hökumət idarələri, özəl şirkətlər və könüllülərin əməkdaşlığı sayəsində mümkün olur.

Ağac həm sə Alyaska ştatını burada təmsil edir..

Terri Markeron: “Bu möhtəşəm torpaqların hədiyyəsidir. Alyaska təbiətinin simvoludur və alyaskalıları ruhlandırır.”

Yolka ağacının qurulması bayram mövsümünün başlaması deməkdir. Onun rəsmi işıqlandırılması mərasimi dekabr ayının 2-də Nümayəndələr Palatasının spikeri Pol Rayan tərəfindən həyata keçiriləcək.

XS
SM
MD
LG