Accessibility links

Koreya demilitarizasiya zonasında xəstəliklər [Video]


Koreya demilitarizasiya zonasında xəstəliklər
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Koreya demilitarizasiya zonasında xəstəliklər

Koreyanın hərbzişləşdirilmiş zonası dünyanın ən təhlükəli yerlərindən biridir. Bu sərhəd bölgəsində minlərlə mina və müharibəyə hazır əsgər yerləşdirilib. Amma bundan əlavə orada daha bir təhlükə var. Bu da ağcaqanadlardır.

Ağcaqanadlar bir yerdə qalmır. Küləklər daha çox cənuba əsir. Ona görə də ağcaqanadlar bu küləklə Cənubi Koreyaya istiqamətlənir.

Terri Klayn burada minanın üstünə ayaq basmaqdan qorxmur. Cənubi Koreyada ABŞ ordusu üçün çalışan entomoloq daha çox bu sərhəd bölgəsində yaşayan malyariya və yapon ensefaliti daşıyan ağcaqanadlardan qorxur.

“Eni 4 kilometr olan bu ərazi çəmənliklər və alçaq sahələrdən ibarətdir ki, bu da ağcaqanadları təbii şəraitlə təmin edir.

Hər il sərhəddə yaşayan onlarla cənubi koreyalı ölümcül olmayan, lakin insanı zəiflədən malyariya növünə yoluxur. BMT-nin verdiyi məlumata görə, Şimali Koreyada da malyarira və yapon ensefalitinə yoluxanlar olur və xəstəlik orada hətta daha geniş yayılıb.

Bu problemi aradan qaldırmaq üçün kifayət qədər səy göstərilmədiyinə görə ağcaqanadlar asanlıqla sərhədi keçə bilir.

“Ağcaqanadlar bir yerdə qalmır. Küləklər daha çox cənuba əsir. Ona görə də ağcaqanadlar bu küləklə Cənubi Koreyaya istiqamətlənir.”

Anopheles stephensi
Anopheles stephensi

Bəzi tibbi ekspertlər deyir ki, Cənubi Koreyadan fərqli olaraq Şimali Koreyanın infeksiyaların qarşısını almaq üçün kifayət qədər imkanı yoxdur.

“Biz Şimali Koreyada laboratoriyalar yerləşdirməliyik ki, İctimai Səhiyyə Nazirliyi xəstəliyin harada olduğu, onun təsirlərinin nədən ibarət olduğu və hansı yaş qurpuna təsir göstərdiyini müəyyən edə bilsin. Bu, onlara o ərazidə xəstəliyi aradan qaldırmaq üçün vaksin proqramları planlaşdırıb həyata keçirməyə imkan yaradacaq.”

Malyariya daşıyan ağcaqanadları müəyyən etmək sahəsində gördüyü işlərə görə həşərata Terri Klayn-ın adı verilib - Anofeles Klayni.

İndi artıq Koreyada ağcaqanaq mövsümü bitdiyi üçün, Klayn və komandası ələ keçirilən həşəratları sayıb testdən keçmək üçün laboratoriyaya göndərəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG