Accessibility links

Korrupsiya: Rəis qonaq evini mənimsəyib


Ev
Ev

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməllərini ifşa edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, araşdırmalar zamanı səhmdar cəmiyyətin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47.6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəyib. Şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanı.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG