Accessibility links

10 milyon 666 min 600 manat mənimsəmə


İKorrupsiya
İKorrupsiya

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta sənədlər tərtib edərək bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyərək israf edilib mənimsənilməsində şübhələr üçün əsaslar olduğunu müəyyən edib. Bu barədə Baş Prokurorun mətbuat xidmətinin məlumatında deyilir.

Fakt görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG