Accessibility links

Mahmud Bilgin: Güneydə hərəkat gücləndiyindən fəallara 9-10 il həbs verirlər [Video-Müsahibə]


Mahmud Bilgin: Güneydə hərəkat gücləndiyindən fəallara 9-10 il həbs verirlər
please wait

No media source currently available

0:00 0:06:20 0:00

Mahmud Bilgin: Güneydə hərəkat gücləndiyindən fəallara 9-10 il həbs verirlər

Güney Azərbaycan Demokrat Partiyasının sözçüsünün Amerikanın Səsinə müsahibəsi

Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Amerikanın Səsinə müsahibəsində Avropa Parlamentinin deputatları ilə görüşlər, İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı Avropa Parlamentində, Amerikada apardıqları işlərdən danışıb.

Amerikanın Səsi: Siz bu günlərdə Avropa Parlamentində İranda yaşayan azərbaycanlılarla bağlı müzakirələr aparıbsınız. Avropa Parlamentinin deputatlarının fikirləri nədir?

İrana gedən deputatlarla görüşdə Güney Azərbaycan haqqında geniş məlumatlar verdik.

Mahmud Bilgin: Biz Avropa Parlamentində İran üzrə qrupda, insan haqları və yaşıllar bölmündə görüşlər keçirdik. İran üzrə qrupda İrana gedən deputatlarla görüşdə Güney Azərbaycan haqqında geniş məlumatlar verdik. Onlar bizim məslələri önə çıxarıb. Son aylarda İrana gedən 5 deputatdan ikisi ilə çıx əlaqələrimiz olub. Onlarla iki dəfər görüşdük. Güney Azərbaycanın gündəlik məsələləri, siyasi həbslər, özəlliklə Urmu gölü, insan haqıları barədə onlara bilgilər verdik. Beləliklə, onlar da orada bizim sualları verib, bizə cavab gətiriblər.

Amerikanın Səsi: İranda yaşayan azərbaycanlıların siyasi vasitələrləhəbsləri, edamları olurmu?

Bu o deməkdir ki, İranda siyasi partiyaları farslar yarada bilər, amma Azərbaycan, Ərəb və digər millətlər bu fəaliyyətlə məşğul ola bilməz.

Mahmud Bilgin: Güney Azərbaycan məsələsi bir az qəliz məsələ olduğu üçün bizdən açıq edam edə bilmirlər. Bizdən tutub işgəncələr verib, sonra bu yolla gizlincə öldürmə halları olur. Məsələn, 2006-cı ildə millət qalxıb qiyam etdi, bu zaman qiyamçıları öldürə bildilər.

Keçmişdə bizdən tutulanlara 6-8 ay həbs verirdilərsə, indi hərəkat gücləndiyi və bölgə səviyyəsində güc qazandığı üçün milli fəallarımıza 9-10 il həbs verirlər. Elə son dövrdə Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderlərinə 9 il həbs veriblər. Səbəb isə odur ki, bunlar İran daxilində demokratik bir təşkilatda birləşib mədəni hüquqları uğrunda mübarizə aparmaq istəyirlər. Onların hər birinə9 il həbs verdilər. Amma fikir verin, ötən həftələrdə İranda Ruhaninin tərəfdarları Nida adlı partiya yaratdılar və bu qurum ənənəvi fəaliyyətə başladı. İranın Xarici İşlər Nazirliyi bu partiyanın fəaliyyətinə icazə verdi. Bu o deməkdir ki, İranda siyasi partiyaları farslar yarada bilər, amma Azərbaycan, Ərəb və digər millətlər bu fəaliyyətlə məşğul ola bilməz.

Amerikanın Səsi: Avropa Parlamentinin İranla bağlı qrupu azərbaycanlıların həbsi, edamı məsələsini İranda qaldırıbmı?

Demişdilər ki, Evin zindanına gedə bilməzlər, amma digər zindanlarda olanlarla görüşməyə çaslışacaqlar

Mahmud Bilgin: Biz onlarla danışmışdıq ki, azərbaycanlılar saxlanan zindanlara getsinlər. Zindanların yerlərini dermişdik, fəallarımız Yürüş Mehrəlibəyli, Lətif Həsənli, Mahmud Fəzli, Savalan, Səid Mətinpur və digər fəalların hamısının hansı zindanda saxlandığını demişdik. Demişdilər ki, Evin zindanına gedə bilməzlər, amma digər zindanlarda olanlarla görüşməyə çaslışacaqlar. İki həftə əvvəl deputatlarla yenidən görüşdük, dedilər ki, məsələni qaldırdıq, ancaq görüşə imkan vermədilər.

Amerikanın Səsi: Avropa Parlamentinin İranda olan qrupunun rəyi nə idi?

Bu Avropa Parlamentinin Yaşıllar Komitəsində Urmu gölü ilə bağlı olacaq. İkinci böyük görüşümüz isə İranda azlıqların hüquqları barədə olacaq.

Mahmud Bilgin: İnna gedən qrupun iki il əvvəl azərbaycanlılarla bağlı bilgiləri çox az idi. Onlar kürdlər, ərəblər və bəluclar barədə daha çox bilgili idilər. Sonradan biz deputatlarla görüşdük və azərbaycanlıların 35 milyon olduğunu dedik. Bundan sonra deputatlar məsələyə çox ciddi yanaşdılar. Sonra deputatlar bizimlə dəfələrlə görüşdü. Bundan sonra da iki böyük görüşümüz olacaq. Bu Avropa Parlamentinin Yaşıllar Komitəsində Urmu gölü ilə bağlı olacaq. İkinci böyük görüşümüz isə İranda azlıqların hüquqları barədə olacaq.

Ötən il isə ABŞ-da senatorlar və konqresmenlərlə görüşdə Güney Azərbaycan məsələsini qaldırmlışıq.

Amerikanın Səsi: Görüşlərinizin nəticəsi olaraq hər hansı nailiyyət varmı?

Baxın, ötən il bu zaman ABŞ-da 17 konqresmen və senatorla görüşdük.

Mahmud Bilgin: Təbii. Baxın, ötən il bu zaman ABŞ-da 17 konqresmen və senatorla görüşdük. Senator və konqresmenlərə Güney Azərbaycanla bağlı 400-dən çox məktub göndərdik. Oxudular və 17s-i bizimlə görüşdü. Sonra müəyyən nəticələr əldə etdik. Onlar görüşlərin davamlı olmasını istədi və Güney Azərbaycan məsələsinə çox maraq göstərdilər. Razılaşdıq ki, İrana qarşı münasibətdə nüvə məsələsi ilə yanaşı insan haqları məsələsi də gündəmə gətirilməlidir. Bu böyük bir nailiyyətdir. Avropa Parlamentində də hətta dövlətlər səviyyəsində toplantılar olanda bəzi QHT-lər vasitəsi ilə sözümü deyirik. Güney Azərbaycan problemi Avropa Parlamentində qəbul olunub, Urmu gölü, siyasi həbslər, insan hüquqları məsələsini qəbul edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG