Accessibility links

Mehman Əliyev: Gürcüstan Cənubi Qafqazda media azadlığı sahəsində liderlik edir [Video-Müsahibə]


Mehman Əliyev: Gürcüstan Cənubi Qafqazda media azadlığı sahəsində lidelik edir
please wait

No media source currently available

0:00 0:06:14 0:00

Turan Agentliyinin direktoru Amerikanın Səsinə danışır

Turan Agentliyinin direktoru Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsində Cənubi Qafqazda media azadlığı, həbsdə olan jurnalistlər və rəqəmsal televiziyaya keçid haqda danışıb.

Amerikanın Səsi: ATƏT-in Cənubi Qafqaz ölkələrində media ilə bağlı Tbilisidə keçirdiyi konfransda iştirak edibsiniz. Sizcə Cənubi Qafqaz ölkələrində media azadlığı sahəsində durum necədir?

Gürcüstan Azərbaycandan nə qədər kasıb olsa da bu ölkədə media sahəsində kifayət qədər böyük irəliləyişlər, nailiyyətlər var.

Mehman Əliyev: Konfransın gedişində bu göründü və Cənubi Qafqazın hər üç ölkəsinin nümayəndələri bu mövzuda fikir mübadiləsi apardı. Burada səslənən faktlar və arqumentlər onu göstərdi ki, Cənubi Qafqazda bu sahədə liderlik edən ölkə Gürcüstandır. Bu ölkədə çox böyük müsbət dəyişikliklər baş verib. Getdikcə medianın azadlığı daha çox təmin olunur, informasiya əldə etmək demək olar ki, ciddi problem deyil, jurnalistlərin təhlükəsizliyi təmin olunur. Gürcüstanda həbsdə olan jurnalist yoxdur, jurnalistlərin dövlət orqanları ilə əməkdaşlığı kifayət qədər konstruktiv formadadır, söz azadlığının inkişafı üçün yaxşı imkanlar yaradılır. Bu özünü televiziya kanallarında, elektron tv-lərdə, on-layn mediada, çap mediasında göstərir. Gürcüstan Azərbaycandan nə qədər kasıb olsa da bu ölkədə media sahəsində kifayət qədər böyük irəliləyişlər, nailiyyətlər var.

Amerikanın Səsi: Konfransda Cənubi Qafqazda jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyəti ilə bağlı yəqin ki, qiymətləndirmə də aparılıb. Hansı ölkədə daha çox jurnalist həbsdədir? Jurnalistlərin azadlığı ilə bağlı çağırışlar da oldumu?

Bu faktdır, bəllidir ki, Azərbaycanda 8 jurnalist, 5 bloger həbsdədir. Jurnalistlərə təzyiqlər həmişə olur.

Mehman Əliyev: Bu faktdır, bəllidir ki, Azərbaycanda 8 jurnalist, 5 bloger həbsdədir. Jurnalistlərə təzyiqlər həmişə olur. Son zamanlar, Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin istintaqa cəlb olunması, Rasim Əliyevin ölümü və başqa jurnalistlərin işinin məhdudlaşdırılması səyləri, yəni bu Azərbaycanda faktdır, göz qabağındadır. Ermənistanda elektriklə bağlı olan nümayişlər, etirazların birinci günlərində 13 jurnalist xəsarət almışdı, onların kameraları sındırılmışdı, fiziki təzyiqlərə məruz qalmışdılar. Amma, bu nöqsan çox tez zamanda aradan götürülmüşdü. Ondan sonra, bu sahədə başqa problem qeydə alınmadı. Başqa-başqa hallarda təzyiqlər var. Amma, bu geniş formada tətbiq olunmur.

Qızılqül İnqilabının lideri Mixeil Saakaşvili öz hakimiyyəti dönəmində Gürcüstanda fundamental islahatlar apardı.
Qızılqül İnqilabının lideri Mixeil Saakaşvili öz hakimiyyəti dönəmində Gürcüstanda fundamental islahatlar apardı.

Gürcüstanda isə bu sahədə vəziyyət yaxşıdır, dövlət, hökumət, parlament, hüquq-mühafizə orqanları tətəfindən hər cür səylər göstərilir ki, jurnalistlərin təhlükəsiz şəraitdə işləmək fəaliyyəti təmin olunsun.

Amerikanın Səsi: Konfransda Cənubi Qafqazda rəqəmsal televiziyaya keçid məsələləri də müzakirə olunub. Cənubi Qafqaz ölkələrində bu sahədə vəziyyət necədir?

Ermənistanda da vəziyyət oxşardır, onlar da geridə qalır.

Mehman Əliyev: Rəqəmsal televiziyaya keçid məsələləri birinci dəfə deyil ki, müzakirə olunur. Bu söhbətlər artıq beş ilə yaxındır ki, var. Hər üç ölkə bununla bağlı Avropa xartiyası çərçivəsində öhdəliklər götürüb. Bu günə, bu sahədə də əlbəttə, liderlik edən Gürcüstandır. Orada məsələlər demək olar ki, 95 faiz həll olunub. Gürcüstan auditoriyasının 95 faizi demək olar ki, rəqəmsal televiziyaya keçib. Bunun üçün hər cür imkanlar yaradılıb, o cümlədən analoq televiziyaların cihazlarla təmin olunması üçün vəsait ayrılıb və ailələrə pulsuz cihazlar verilib.Gürcüstan demək olar ki, bu prosesi tamamlayır. Bu isə çox geniş imkanlar açır. Ölkənin ucqaları da daxil olmaqla keyfiyyətli televiziya və internetlə təmin olunur. Bu isə çox ciddi məsələdir.

Azərbaycanda bu proses xeyli zəifləyib. Ölkədə 2 milyon 500 minə yaxın ailədə televizor var. Bunların çoxu analoq televizorlarıdır. Statistikaya görə indiyədək Azərbaycanda cəmi 55 min analoq televizorlarda rəqəmsal siqnalları qəbul edəcək cihazlar alınıb. Bu kifayət deyil. Ümumilikdə rəqəmsal televiziyaya keçid kifayət qədər zəifdir. Bu ilin iyun ayına ölkədə bu proses tamamlanmalı idi.

Ermənistanda da vəziyyət oxşardır, onlar da geridə qalır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG