Accessibility links

Meksikada foto-jurnalist qətlə yetirilib


Meksikada təhdid zəngləri alandan sonra gizlənən foto-jurnalistin cəsədi Mexiko şəhərindəki mənzildə odlu silahdan açılan atəş nəticəsində öldürülən 5 nəfərin cəsədi arasından tapılıb.

Ruben Espinosa araşdırmaçı jurnal olan Proceso üçün çalışırdı. Onun cəsədini bacısı tanıyıb. Üzərində iki güllə yarası olan cəsəd paytaxt Mexikonun Narvarte məhəlləsində bir mənzidə 4 qadın cəsədi ilə birgə tapılıb.

Bir neçə həftə əvvəl Espinosa Meksikanın cənub-şərqində Verakruz şəhərindəki evində və iş yerində naməlum şəxslər tərəfindən təhdidlərə məruz qalmışdı.

Verakruz jurnalistlərin üçün təhlükəli yer olub. Jurnalistləri Müdafiə Komitəsinin hesnatına əsasən 2010-cu ildən bəri orada 11 jurnalist qətlə yetirilib. Hamısı qubernator Havier Duartenin dövründə baş verən qətllərdən sonuncusu cəmi bir ay əvvəl baş verib.

XS
SM
MD
LG